Şəhid Əliyev Murad Hüseyn oğlunun ailəsi ziyarət edilib
Aprelin 9-da Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əliyev Murad Hüseyn oğlunun ailəsini ziyarət ediblər. DİASPOR.İNFO -nun verdiyi məlumata görə, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.
Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.
Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.
341