Anti-Azərbaycan qüvvələrin cinayət əməlləri... - ŞƏRH
Belələrinə qarşı xalqın cəzası böyük olacaq....
Azərbaycan hakimiyyətinin dövlətimizi dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrandan az itkilərlə çıxarması, dinamik inkişafını yenidən təmin etməsi və xalqın maraqlarını müdafiə edərək onun sosial rifah halını daha da yüksəltməsi, nəhayət 44 günlük İkinci Vətən müharibəsini qələbəsi anti-Azərbaycan dairələrini çox narahat edir. Ona görə də, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, inkişaf proseslərinin qarşısını almaq üçün "beşinci kolon"dan istifadə edirlər.
İtimai rəyi mənfi tonda yükləmək və ölkəmizin əldə etdiyi nailiyyətləri, uğurları ləkələmək, xalqımızın firavan və sakit yaşayışına mane olmaq üçün anti-Azərbaycan qüvvələri Əli Kərimlini ölkəmizin inkişafına qarşı «əylənc mexanizmi»kimi istifadə edirlər. Əli Kərimli Avropada və ABŞ-da qrantlar hesabına maliyyələşdirilən Sevinc Osmanqızı, Qənimət Zahid kimi anti-milli ünsürlərin internet kanallarında ona verilmiş tezislər əsasında çıxışlar edir, müəyyən məbləğlər qarşılığında trolların anti-milli fəaliyyətini təşkil edir, erməni mətbuatı və lobbisi ilə sinxron işlər görülür, əsassız və qondarma iddialar üzrə mitinqlərə çağırışlar edilir. Sözsüz ki, hər zaman xalqımız tərəfindən belə çağrışlar rəd edilir və tələb olunur ki, etdikləri əməllərinə görə cəzalandırılsın.
Antimilli şura öz xain, satqın missiyasını müharibə dövründə də öz mənfur simasını göstərdi
Bu o antimilli “şura”dır ki, hər bir uğura ləkə yağdırmaq üçün dəridən-qabıqdan çıxırlar. 28 ildir ki, bu radikal müxalifət elə zənn edir ki, Qarabağ kartından istifadə edib nə vaxtsa hakimiyyətə gələ biləcəklər. Ancaq b gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər yaddan çıxarmamalıdır ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonlar itirilmişdir.
Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda aparılan mübarizənin pik həddə çatması siyasi böhran yaratdı və bu çox ciddi fəsadlara gətirib çıxardı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. O zaman iqtidarda olanlar bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirməyə, ölkəmizdə repressiyalar təşkil etməyə, senzura tətbiq etməyə və digər antidemokratik addımlar atmağa yönəltdi. Nəticədə də torpaqlarımız işğala məruz qaldı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salındı. Məhz onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi.
Və bu gün özülərini "lider" sayan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Sevinc Osmanqız və digər buk imi ünsürlərin həyasızcasına yenidən ortaya çıxaraq, bu həyasızlaşmış radikal ünsürlər yenidən anti-azərbaycançı dairələrdən aldıqları sifarişlər əsasında xalqın, dövlətin əldə etdiyi möhtəşəm
qələbəyə ləkə vurmağa çalışırlar. Bu adamların illərdir Azərbaycan dövlətinin maraqlarına qarşı fəaliyyət göstərən ermənipərəst dairələrlə əməkdaşlıqlarına şübhə yoxdur. Hazırkı məqamda isə həmin əməkdaşlığı davam etdirmək, xüsusilə Qarabağ zəfərimizə qarşı ermənilər qədər düşmən mövqeyi nümayiş etdirmək düşüncəsindədirlər. Onlar sevinib və dizə gələrək təşəkkür etməlidirlər ki, məhz Azərbaycan dövlət başçısının qətiyyəti və ordumuzun gücü sayəsində əldə olunan qalibiyyət radikalların səriştəsizliyi nəticəsində 27 il əvvəl uğradığımız satqın, xain məğlubiyyətin bitməsinə yol açdı. Və zaman-zaman bir-birilərinə xəyanət edən anti-Azərbaycan qüvvələrin "əyləc mexanizmi" olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Sevinc Osmanqızı və bu kimi digər ünsürlər bilməlidirlər ki, sonda, daha doğrusu artıq ayaqqabıları belə silməyə lazım olmayan tryapkalardır.
Bax, budur həqiqət. Belələrinə qarşı xalqın cəzası böyük olacaq, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək.
R.HÜSEYNOVA