Beynəlxalq münasibətlər sistemində xristian dünyası ilə müsəlman dünyasının hamı tərəfindən qəbul edilmiş prinsiplərə uyğun olaraq münasibətlərin nizama salındığı bir şəraitdə ABŞ kimi bir dövlətin başçısının “erməni soyqırımı“ ifadəsini işlətməsi və beləliklə də ermənilərə dəstək verməsi əlbəttə, münasibətlərin gərginləşməsinə, ermənilərin isə şirniklənməsinə səbəb olan bir addım kimi qiymətləndiririk.
Tarixi faktlar da sübut edir ki, heç vaxt belə bir hadisə baş verməmiş, olmamışdır. Belə olan halda törədilməmiş qondarma “erməni soyqırımı"nın gündəmə gətirilməsi istiqamətində bu qədər canfəşanlıq etmək kimə və nəyə lazımdır?!
Müasir Türkiyə Cümhüriyyətinin beynəlxalq miqyasda mövqeyinin güclənməsi, hərbi, siyasi, iqtisadi qüdrətinin artması, türkdilli dövlətlərin, xalqların birliyinin möhkəmləndirilməsi, sayca artımı və.s sahələrdə dünya çapında nüfuzlu yerlərə gəlib çatması xristian dünyasını,- o cümlədən ABŞ-ı, beynəlxalq erməni lobbilərini bu və ya digər formada çox narahat edir. Bu baxımdan da ABŞ-ın yeni rəhbərliyi hətta, öz milli dövlətçilik maraqlarına, ənənələrinə, beynəlxalq hüquqa zidd addım hesab edilən qərəzli və məqsədli siyasi gedişlərə də yol verirlər.
Ona görə də, soyqırımının beynəlxalq hüquqa aid olmasını, siyasətə və siyasətçilərə, dövlət başçılarının səlahiyyətlərinə aid olamamasını təsdiq edən, beynəlxalq aləmdə tanınan və qəbul edilən sənədi Co Baydenin nəzərinə çatdırıram.
Benəlxalq hüquqda soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında“ Konvensiya ilə müyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya qismən məhv edilməsi niyyəti ilə aşağdakı hərəkətləri bildirir:
belə bir qrupun üzvlərinin qətlə yetirilməsi, hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması, soyqırımı cinayətinin törədilməsi üçün xüsusi niyətin olması, soyqırımı təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Soyqırımı aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəldilmiş olmalıdır. Soyqırımının obyektiv tərəfi olan “məhv etmək“ anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək, kütləvi qırğınlar törətmək deməkdir.
Bu cür cinayətlərin araşdırılması və bu sahədə cinayət əməli törətmiş ölkələrin məsuliyyəti məsələsi 1951-ci ildə qüvvəyə minmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında“ Konvensiyada soyqırımı cinayətinin hüquqi əsasının təsbid edildiyi öz əksini tapmışdır. Bu sahədə cinayət törətmiş şəxslərin, dövlətlərin məsuliyyətə cəlb edilməsi beynəlxalq məhkəməyə həvvalə edilmişdir.
Belə olan halda özlərini demokratyanın, beynəlxalq hüququn beşiyi adlandıran ABŞ dövləti beynəlxalq hüququn, BMT-nin Baş Assambleyasının qeyd etdiyimiz qətnaməsinin ziddinə olaraq hansı əsasla tarixdə heç vaxt baş verməmiş, törədilməmiş, heç bir hüquqi əsası, sübutu, əsaslı faktları olmayan, ermənilər tərəfindən məqsədli və planlı, qərəzli şəkildə uydurulan, Pyoturun “böyük Ermənistan“ yaratmaq planına xidmət edən, ermənilərin tarix boyu xristian ölkələrinin əlində oyuncağ olaraq Türkiyə başda olmaqla, Azərbaycan ərazilərinə olan təcavüzünü, işğalçılıq, soyqırımı cinayətlərinin üzərindən keçməklə onları tarixən türklər tərəfindən əzilən “soyqırımı"na məruz qalan xalq kimi təqdim etməklə, onlara beynəlxalq erməni lobbilərinin faşist ideologiaları əsasında dəstək verməklə qondarma uydurma “soyqırımı“ ifadəsi işlədilir. Məsələ gün kimi aydındır.
ABŞ kimi nəhəng dövlətə Türkiyə kimi güclü, qüdrətli dövlət lazımdır, yoxsa forfost, yarımmüstəmləkə, ac-yalavac, iqtisadi cəhətdən zəif, siyasi cəhətdən anlaqsız siyasət həyata keçirən, məğlub edilmiş ölkəmi?! Bunlar çox böyük suallar doğurmaya bilməz.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə çıxışlarında qeyd etmişdir ki, “biz arxivlərimizi açmışıq, ermənilər də açsın. Tarixi faktları araşdırmaq tarixçilərin işidir, siyasətçilərin işi deyildir“.
Cinayət işlərini araşdırılması hüquqşunasların işidir. Doğurdan da Ərdoğanın bu fəlsəfi fikirləri qeyd etdiyimiz kimi BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır. Bu qətnamənin tələblərinə görə soyqırıma məruz qalmış ölkə, milli azlıqlar, xalqlar, etnik qruplar tərəf kimi maddi sübutlar, faktlar əsasında beynəlxalq məhkəməyə müraciət etməlidirlər, yəni bu cinaylərə hüquqi qiymət vermək, bu sahədə cinayət törətmiş ölkələrin, xalqların məsuliyyətinin müyyən edilərək cəzalandırılması və münasibət bildirilməsi beynəlxalq məhkəmənin səlahiyyətinə aiddir.
Belə olan halda sual olunur, niyə ermənilər 1918-ci ildən isə tarixi və əzəli Azərbaycan torpaqlarında Azərbaycanlılara qarşı soyqırımı, işğalçılıq, terror törətməklə, deportasiya siyasəti həyata keçirməklə rus inperiyasının dəstəyi ilə dövlət qurmuş və Ermənistan adlandırılan qondarma dövlət indiyə qədər qeyd etdiyimiz qətnamənin tələblərinə uyğun olaraq beynəlxalq məhkəməyə müraciət etməyiblər?! Ona görə ki, beynəlxalq məhkəməyə maddi sübutlar, tarixi faktlar, baş vermiş hadisəni sübut etmək, təstiq etmək üçün hadisə yerinin müayinəsi, ekspertiza rəyi, məhkəmənin işə hüquqi qiymət verməsi və bu sahədə təqsirkar şəxslərin, dövlətlərin cəzalandırılması üçün əsas şərtlərdən biri və birincisidir. Belə bir hadisə baş vermədiyinə görə, yəni tariximizdə heç bir vaxt baş verməmiş, ermənilərin uydurduğu 1915-ci il aprelin 24-də Osmanlı İnperiyasının ərazisində türklər tərəfindən ermənilərə qarşı heç bir “soyqırımı“ cinayəti törədilmədiyinə görə və bu səbəbdən də onların əlində heç bir maddi sübutlar, faktlar, dəlillər olmadığına görə ermənilər beynəlxalq məhkəməyə müraciət etməyə cürət etmirlər. Ona görə də, beynəlxalq məhkəmədən yan qaçırlar bu səbəbdəndə onlar 9 dekabr 1948-ci ildə qəbul edilmiş Konvensiyanın tələblərini pozaraq hələ totalitar Kommunist rejimi şəraitində fəaliyyət göstərmiş SSRİ dönəmində 1965-ci ildə qondarma, uydurma “erməni soyqırımı"nın 50 illiyinin dövlət səviyyəsində qeyd etməyə başlamışdılar.
İndi də bu proses hüquqi müstəvidən tamamıilə kənara çıxaraq siyasi müstəvidə həyasızcasına, utanmadan məqsədli şəkildə həyata keçirilir. Əlbəttə, atalar demiş “milçək bir şey deyil, ancaq ürək bulandırır“. Hüquqi əsası olmayan, beynəlxalq hüquqa söykənməyən siyasi dedi-qoduların heç bir mənası yoxdur. Bu, ürək bulandırmaqla yanaşı bir qığılçımdır, həm də alovlanmağa meyilli qığılçımdır, dövlətlər arası münasibətlər üçün ABŞ prezidentinin alova meyilli qığılçıma bənzər ifadəsidir. Belə bir ifadədəni, yəni “erməni soyqırımı” ifadəsini Co Baydenin işlətməsi "qığılçımdan alov doğar" fəlsəfəsinə uyğun gəlir, yəni Baydenin bu cür ifadə işlətməsi adi bir fikir deyildir. Bu cür ifadə türk dünyası ilə ABŞ başda olamqla bəzi xristian ölkələri arasında olan qığılcımın alovlanmasına gətirib çıxara bilər və buna ilkin zəmin yaradır.
Cozef Baydenin bu fikirlərinə qəti etirazımı bildirərək, fürsətdən istifadə edib onun nəzərinə çatdırmaq istəyirəm ki, siz niyə tarixdə mövcud olmamış, qondarma "erməni soyqırı"mına dəstək verirsiniz, BMT-nin məlum qətnaməsinin tələblərinin ziddinə olan çıxışlar edirsiniz?!
Ancaq tarixdə baş vermiş və ermənilər tərəfindən şüurlu sürətdə, planlı və məqsədli şəkildə törədilmiş, beynəlxalq cinayət hadisəsi və sizin ölkənizin bir sıra ştatlarında tanınmış Xocalı soyqırımı barəsində bir kəlmə belə danışmaq istəmirsiniz! Xocalı soyqırımı baş verən zaman siz ABŞ Senatının üzvü idiniz. Onda sizin də təmsil olunduğunuz Senat, ABŞ Konqresi Xocalı soyqırımını tanımaq, bu beynəlxalq cinayəti törətmiş Ermənistan adlanan dövlətə sanksiya tətbiq etmək, hər cür yardımı dayandırmaq əvəzinə ABŞ Konqresi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində 613 dinc əhalini soyqırımına məruz qoyan, 487 nəfəri yaralayan, 1275 nəfəri əsir götürən işğalçı, təcavüzkar, terorçu ölkəyə 600 milyon dolar yardım etdiniz. Üstəlik hadisədən 9 ay sonra Azərbaycana ABŞ dövləti səviyyəsində hər cür yardım göstərilməsini qadağan edən “907 –ci düzəliş“ Konqres tərəfindən qəbul edildi.
Qeyd edim ki, mən Azərbaycan vətəndaşı, media nümayəndəsi olaraq Baydenin vitse–prezidentliyi dövründə ABŞ prezidenti Barak Obamaya, sonra Donald Trampa və 2021-ci ildən isə yeni prezident olaraq Baydenə həmin qətnamənin ləğv edilməsi ilə bağlı müraciət ünvanlamışam.
Onda sual olunur niyə Co Bayden prezident olaraq bu məsələyə münasibət bildirmir, ancaq tarixdə mövcud olmamış, qondarma “soyqırımı"na münasibət bildirir. Bütün bünlar ABŞ dövlətinin nüfuzuna xələl gətirməkdən və dövlətlərarası münasibətlərdə yeni bir qığılcımın alovlanmasından başqa bir şey deyildir.
Azərbaycan dövləti və xalqı həmişə Türkiyənin və onun xalqının yanındadır. Biz bir millət iki dövlətik! Sizin uydurma “erməni soyqırımı” ifadəsini işlətməyinizi beynəlxalq hüquqa zidd addım hesab edirik, rədd edirik, etirazımızı bildiririk.
Və hesab edirik ki, ABŞ prezidenti olaraq siz öz səhifinizi etiraf edəcəksiniz və Türk xalqından üzr istəyəcəksiniz.