“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı Zəfər tariximizin yeni bir salnaməsidir. Eyni zamanda, bu festival bir daha Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: «Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”. Bu fikri Diaspor info-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib.
S.Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu: “Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Və bu gün işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqi olmaqla, həm də uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir”.
“Ölkənin fərqli bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdıran “Xarı bülbül” festivalında çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır: "Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk". Zamanında xalqımızın mütləq Şuşaya və digər işğal edilmiş ərazilərə qayıdacağını və bunu icra etməyi varisi Prezident İlham Əliyevə vəsiyyət edən Ümummilli Lider Heydər Əliyev nə qədər uzaqgörən, dahi siyasətçi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçımızın dediyi kimi, bəli, bu gün Azərbaycan inamla və durmadan inkişaf edir. Biz bir daha mesaj verdik ki, heç kəs bizim torpaqlarımızı əlimizdən ala bilməz. Əks təqdirdə, “Dəmir yumruq”la başı əziləcək".
S.Əliyev vurğulayaraq bildirib ki, Azərbaycan Prezidentinin tövsiyəsi ilə həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin simvoluna çevrildiyini deyib: "Bu hadisəni əlamətdar edən daha bir önəmli məqam da budur ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində bizə Qələbəni öz canları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Ali Baş Komandanımızın da dediyi kimi, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın birliyi və həmrəyliyi sayəsində Azərbaycan bu möhtəşəm Qələbəni qazandı. Şuşanın azad edilməsindən dərhal sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı bərpa ediləcək və belə də oldu".
Rayon təşkilatının sədri onu da vurğulayıb ki, Şuşada “Xarıbülbül” musiqi festivalının məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil və böyük mənəvi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, biz öz dini, milli, mənəvi köklərimizə son dərəcə bağlı olan bir xalqıq. Məhz elə bu bağlılıq da bizim üçün torpaqlarımızı işğaldan azad etəmkdə ən böyük stimul rolunu oynadı. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tarixi Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. Ermənilər nə qədər çalışsalar da, evlərimizi, məscidlərimizi dağıtsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa 30 ilə yaxın əsarətdə qaldı, lakin əyilmədi, sınmadı, öz ləyaqətini və milli ruhunu qoruyub saxlaya bildi. “Xarıbülbül” festivalı bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq”.
R.HÜSEYNOVA