Təbii ki, paxıllıq, yaltaqlıq, rəzillik və daha nə bilim hansı mənfi keyfiyyətlər insana Tanrı tərəfindən bəxş edilən keyfiyyətlər kimi qəbul edilməməlidir. Yəni haqq-ədalət tərəfdarı olan Yaradanın bu mənfilikləri öz bəndələrinə rəva bilməsi elə də inandırıcı görünmür. Məncə, insana xas olmayan mənfi keyfiyyətlər, qandan-qana, nəsildən-nəslə keçməklə şüurlu şəkildə tərbiyə olunaraq formalaşır. Şübhə etmirəm ki, ermənilər də belə əqidəyə “sahiblənmiş” bir xalqdır. Əslində, dediklərim elə də bir yenilik və ya mənim icadım deyil, amma buna baxmayaraq, mən bunula bağlı xeyli misallar da gətirə bilərəm...
Bu gün Ermənistan hələ də ehtimallarla, şirin xülyalarla yaşayır. Əslində, hazırda Ermənistanda qalan ermənilərin əksəriyyəti daha ölkə rəhbərlərinin onlara illərlə vəd etdikləri şirin röyalara inamlarını da itirməyə başlayıblar. İndi ağır böhran vəziyyətində olan, daxili ziddiyyətlər, qarşıdurmalar burulğanında boğulan zəlil bir dövlətin, əriyib itməkdə olan “varlığını” sübut etmək üçün arada bir, utanmadan Azərbaycana “xox” gəlməsi, doğrudan da, gülünc görünür.
Hazırda ölkədə qalan ermənilərə sahiblik etmək hüququnu belə itirən erməni rəsmiləri tədricən bu reallıqları da etiraf edirlər. Məsələ bundadır ki, koronavirus qadağası nisbətən sadələşdiriləndən sonra, yəni hazırda Ermənistandakı ermənilərin yeni köçü vüsət alıb. Qeyd edək ki, bunu artıq erməni saytları ilə yanaşı, bəzi erməni sabiqləri də etiraf etməyə başlayıblar.
Yeri gəlmişkən, ötən gün bir neçə “müxalif həmkarını” başına yığıb Ermənistanın Qeqarkunik bölgəsinin azsaylı əhli ilə görüş keçirən Robert Koçaryana son bir neçə ayda ölkədən gedən və geri dönməyən ermənilərin sayını aşıqlayıb. Sabiq ikinci erməni prezidenti “dad” edərək son günlər ölkədən qaçanların sayında xeyli artım olduğunu bildirib. Onun dediyinə görə, hələ ki, rəsmi olmayan məlumata görə, bəzi qadağalara baxmayaraq, son 4 ayda 80 mindən artıq erməni Ermənistandan qaçıb. Bəli, qəribə görünsə də, Koçaryan ermənilərin ölkədən gedişini “qaçıb” kimi, təqdim edib.
Əslində burada qəribə görünəsi bir şey yoxdur. Çünki o da bəzi həmkarları kimi, ölkədən qaçan ermənilərin bir daha “böyük ermənistana” qayıtmayacaqlarına əmindir.
Ağasəf Babayev