ŞƏHİD JURNALİSTLƏRƏ DÜNYANIN ÖGEY MÜNASİBƏTİ BİZƏ BİR DAHA BİR OLMAĞI ÖYRƏTDİ.
Təkcə bir təsəllim vardır: “ Sirac və Məhərrəm öz ölümləriylə erməni terroruna meydan oxudular, kor olan
dünyanın gözlərini açmağa cəhd etdilər və adlarını Şanlı
Azərbaycan Tarixinə Qızıl Hərflərlə Yazdılar”
Əlmaniz Ələkbərli
Baş redaktor.
Əslində dünyada “Ədalət” deyilən bir yazılmamış qanuna çoxları kimi mən də, daha inanmıram!
Əgər dünyada ədalət olsaydı Avropa ölkələri, Qərb, lap elə ən yaxın qonşularımız: İraq, Liviyada, Afrikada, Bakı, Alma-ata, və s. şəhərlərdə kütləvi qırğınlar törətməzdilər. Deməli biz, yəni bu gün ağlı başında olan hər bir vətəndaş, bilməlidir ki, bu qoca fani dünyada “Ədalət” deyilən bir şey yoxdur. O ki, qaldı yazılan qanunlara, dünyanın ən aparıcı dövlətlərinin, vəyaxudda təşkilatlarının ikili münasibətinə, burada da, hər şey göz qabağındadır.
Belə ki, Həmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZ.TV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olmasına dünyanın biganə münasibəti əslində onların necə ikiüzlü olmalarından xəbər verir. Fransa prezidenti Azərbaycana, ermənistan tərəfindən göndərilən diversiya qrupunun tutulmasına görə, az qala hər gün bir fikir bildirir, utanmasaydı deyəcəkdi ki, onlar sadə, məzlum ermənilərdir. Bəs necə olur, erməni terroru nəticəsində dinc sakinlər, o cümlədən jurnalistlər həlak olur və buna özünü demokratiyanın beşiyi sayan Fransa dövləti fikir bildirmir?
Hesab edirəm ki, “Avropa ölkələri, Qərb və nüfuzlu təşkilatlar üçün “Demokratiya“ yalnız eyni cinsli insanın biri-biriylə evlənməsidir”. Əks halda Kəlbəcərdə baş verən terrora dünya göz yummazdı.
Erməni terroruna susmaq, Xocalı soyqırımına göz yummaq, ancaq mavilərin paradına icazə vermədiyimizə görə bizi qınayan dünyaya, tək bir sözüm var. “Bizə hörmətlə yanaşmayanlar, bizim üçün də, sizin canınız cəhənnəmə getsin, qəbul etdiyiniz qətnamələr, qərarlarınız da, başınıza dəysin, Vəssalam!”
Cənab Prezident İlham Əliyevin təbiri ilə desək “Hanı status kuvo, yoxdur, cəhənnəmə getdi status kuvo”.
Bəli, Zəfərlə başa çatan İkinci Qarabağ savaşında Cənab Prezident təkcə dünyaya deyil, həm də, öz vətəndaşlarına çox şeyi açıqladı. Bu gün hər birimiz öz dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, dünyaya öz gücümüzü göstərməliyik, necə ki, göstəririk. Çünki dünya həmişə güclülərin yanında olmağı üstün tutur.
Milli qəhrəman Çingiz Mustafayevin ardınca daha iki həmkarımız AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və AZ.TV-nin operatoru Sirac Abışovun Şəhidlik zirvəsinə ucalması, bir daha onu göstərdi ki, bu millət qorxmazdır, mərddir, qəhrəmandır və onu heç bir terrorla qorxuda bilməzsən.
Mənim şəxsi fikirim budur ki, vaxtında deyilən dahiyanə söz “Türkün türkdən başqa dostu yoxdur” kəlməsi bu gün özünü dəfələrlə sübut etdi. Düşünürəm ki, bizi sadəlövh bir xalq kimi tanıdıqları daha bəsdir. Bu belə deyil, biz sadəcə humanist bir xalqıq və qonşularımızla dostluq prinsipində yaşamağa daha çox üstünlük veririk. Lakin bundan sui-istifadə edənlər bilməlidirlər ki, artıq Azərbaycan xalqının Güclü-Qüdrətli bir Dövləti və müasir düşüncəli, dünya masştabında qəbul edilən bir lideri var və bu xalq onun ətrafında sıx birləşərək heç vaxt məğlubiyyətlə barışmayacaq və bundan sonra yalnız qələbəyə köklənəcəkdir.
Sirac və Məhərrəm kimi həmkarlarımızın Şəhid olması hamı kimi məni də, çox sarsıtdı. Nə qədər yazsam da, danışsam da, bu sadəcə özüm üçün bir təsəllidir. Onların ailələrinə nə Siracı, nə də ki, Məhərrəmi qaytara bilməyəcəyəm. Bu ağır itgini hamıdan çox onların ailələri hiss edir və bundan sonra da, edəcəklər.
Təkcə bir təsəllim vardır: “ Sirac və Məhərrəm öz ölümləriylə erməni terroruna meydan oxudular, kor olan dünyanın gözlərini açmağa cəhd etdilər və adlarını Şanlı Azərbaycan Tarixinə Qızıl Hərflərlə Yazdılar”.
ALLAH RƏHMƏT ELƏSİN!
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.