Demokrat Bred Şerman Konqresdəki çıxışında 907-ci düzəlişin qüvvədə saxlanılmasını tələb edib!
Amerikalı demokratların Azərbaycana qarşı aramsız hücumları davam edir. SİA-ya daxil olan məlumata görə, bir neçə saat əvvəl ABŞ Konaqresinin ermənipərəst təmsilçisi, konqresmen Bred Şerman Ağ Evə müraciət edərək, Azərbaycanın əleyhinə qəbul olunmuş 907-ci düzəlişin qüvvədə saxlanılması tələbini irəli sürüb. Belə ki, adıçəkilən düzəlişə əsasən, ölkəmizə bütün növ silahların satışı qadağan edilib.
Və maraqlısı budur ki, özünü demokratların rəsmi simvoluna daha çox bənzədən bu “eşşək” guya Azərbaycanın “DQR”in, eləcə də Ermənistanın “sərhədlərini” pozması ilə əlaqələndirib. Bununla da yenidən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dil uzadan Bred Şerman bu kimi axmaq iddiaları ilə açıq-aşkar isbat edir ki, bu gün ABŞ-da hakimiyyətdə olan sözdə demokratlar, reallıqda isə ədalətsizlər və siyasi həyasızlar toplumu bilavasitə (!) erməniçilik, daha dəqiq desək, erməni işğalı və təcavüzkarlığı cinahından çıxışlar edirlər. Uzağa getməyərək, qondarma erməni soyqırımı faktının Bayden administrasiyası tərəfindən tanınmasını xatırlatmaq kifayət edər.
Konqresdə konqresmenlər tərəfindən “DQR” ifadəsi səslənirsə, demək ki...
Beləliklə, görünən həm də budur ki, ABŞ-ın sözdə demokratları hələ də qondarma “respublika” məsələsini gündəmdə saxlayırlar və bu baş verirsə, yəni Konqresdə konqresmenlər tərəfindən “DQR” ifadəsi səslənirsə, demək ki, Ağ Ev administrasiyası onu Cənubi Qafqaz siyasəti konsepsiyasında yerləşdirib.
Digər tərəfdən, belə bir tələbin həm də bəyanat kimi də ortaya atılması sorosçu Filip Rikerin region ölkələrinə, eləcə də Azərbaycana rəsmi səfəri ərəfəsində və çərçivəsində ölkəmizə genişmiqyaslı hücumların, təzyiqlərin başladıldığının göstəricisidir.
Müraciəti bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=yYg_tdcL4vQ
Hətta Konqresdəki çıxışlarla yanaşı, Bred Şerman qeyd edilən fikirlərini tvitterdəki səhifəsində də paylaşıb.
Maraqlısı isə budur ki, ABŞ demokratları Azərbaycana qarşı təzyiq və aşırı qərəz ifadə etdikləri halda, onların əsas idarəçi fiquru Corc Sorosun “Açıq Cəmiyyət İnstitu”nun bazası fonunda fəaliyyət göstərən USAİD burada - Azərbaycanda siyasiləşmiş və müxalifətyönlü QHT-lərlə, müxalifətçi (əsasən, radikal yönlü) siyasi partiyalarla gizli iş birlikləri aparır, üstəlik, qrant layihələrini də icra edir. Ermənilərə varlı xalalıq rolunu oynayan USAİD-in Azərbaycan üzrə rəhbəri Samanta Pauer isə İrəvanda qondarma erməni soyqırımı abidəsi önündə baş əyib, kədərli poza verərək, dualar edir.
Maraqlıdır ki, USAİD-in Azərbaycan üzrə rəhbəri “xanım” Samanta Pauer Bakıda Şəhidlər Xiyabanını ziyarət edərək, onların ruhları qarşısında dua edibmi?! Yox!
Demək hər şey gün kimi aydındır və istər USAİD olsun, istərsə də Sorosun amerikalı saxta demokratları olsun, onların hər biri açıq-aşkar ermənipərəstlik mövqelərini artırmaqda və ölkəmizə qarşı təzyiq maraqlarında dayanmaqdadırlar. Elə Filip Rikderin Azərbaycana səfəri ərəfəsində ABŞ Konqresində Bred Şermanın 907-ci düzəlişlə bağlı tələbi və bəyanatı da onların təzyiq rıçaqları kimi anlaşıla bilər. Hələ gec deyil və bu ermənipərəstlərin sərt cavablarının verilməsinə zaman var!
Rövşən RƏSULOV