Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, AB-nin Rusiya ilə zirvə görüşlərini davam etdirməmək qərarını qələbə adlandırıb. Diaspor info RİA Novostiyə istinadən xəbər verir ki, nazir bu münasibətlə sosial şəbəkələrdən birində yazılan video mesajında bəyan edib.
"AB, kansler Merkel və prezident Makronun Rusiya Federasiyası-Avropa Birliyi sammitini bərpa etmək təklifini dəstəkləməyib və bu çox yaxşıdır, bu bir qələbədir", deyə Kuleba reaksiyasını açıq şəkildə bildirib.
Xatırldaq ki, bir qədər əvvəl Fransa prezidenti Makronun, Almaniyanın kansleri Merkelin AB-Rusiya sammitinin keçirilməsi təcrübəsinə qayıtmaq fikrini dəstəklədiyi bildirilmişdi. Lakin sonradan Litva prezidenti Qitanas Nausedanın da dediyi kimi, Avropa liderləri bu təşəbbüslə razılaşmadılar. İndi Ukrayna xarici işlər naziri Paris və Berlindəki bu cür təşəbbüslərin arxasında nə olduğunu və "bunun Rusiya Federasiyasına qarşı sanksiya siyasəti ilə necə əlaqəli olduğunu" öyrənmək üçün Fransa və Almaniyanın səfirləri ilə görüşmək niyyətindədir.
Müəllif: İnam Hacıyev