“Azərbaycan türkü qardaşlarımızın rahatlığı və təhlükəsizliyi üçün qəhrəmanlıq və fədakarlıqla xidmət edən “Bir Vətən hərəkatı” ilə işğal altındakı Qarabağ torpaqlarını işğaldan azad edərək bizə sevinc yaşadan qüvvətli Azərbaycan Silahlı Qüvvələrini yaranma günü münasibətilə təbrik edir və salamlayırıq”. Diaspor info-nun verdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyi bu ifadələrlə Azərbaycanın 26 İyun - Silahlı Qüvvələr Gününü təbrik edib.
Nazirliyin internet saytında əksini tapan təbrik mətninə Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimlərdən çəkilmiş orijinal fotosu və dövlət bayraqları əlavə olunub.
126