Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası Ermənistanın yeni parlamentində 71, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın "Ermənistan" və "Mənim şərəfim var" blokları müvafiq olaraq 29 və 7 mandat alacaq. Diaspor info RİA Novostiyə istinadən xəbər verir ki, bunu bazar günü Mərkəzi Seçki Komissiyasının iclası zamanı komissiyanın sədri Tiqran Mukuçyan deyib.
"Ermənistan Milli Məclisinə seçki keçirildi və nəticələrə uyğun olaraq “Vətəndaş müqaviləsi” 71 mandat, “Ermənistan blok” 29 mandat, "Mənim şərəfim var" bloku 7 mandat qazanıb”, deyə Mukuçyan bildirib.
Onun sözlərinə görə, Yezid, Rus və Kürd icmalarının nümayəndələri parlamentə "Vətəndaş müqaviləsi" partiyasının siyashısı ilə daxil olurlar.
Xatırladcaq ki, Ermənistanda ötən bazar günü növbədənkənar parlament seçkiləri keçirilib. Seçkidə 21 partiya və dörd blok iştirak edib. "Vətəndaş müqaviləsi", MSK-nın son məlumatlarına görə 53.91% ilə qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku 21.9%, "Mənim şərəfim var" bloku isə 5.22 % səs qazanıblar. Sonuncunun tələb olunan 7% səs qazana bilməsə də, qanunvericiliyə görə parlamentə daxil olacaq, çünki qanunverici orqanda ən azı üç siyasi qüvvənin olması məcburidir.
Müəllif: İnam Hacıyev