Ukraynadan Gəlmiş Diaspor Rəhbəri Azərbaycanda Miqrasiya Xidmətindən Razılıq Etdi.
Vəzifəsindən asılı olmayaraq məmur öz davranışıyla xidmət etdiyi qurum haqqında müsbət vəyaxud mənfi fikir yarada bilər. Gülgün Babayeva Miqrasiya xidmətinin insanlara mədəni davranışda ilk yerdə olduğunu öz peşəkarlığı ilə mənə sübut etdi.
YUNUS ALIYEV
Ukrayna Azərbaycanlıları Konqresinin
Nikalayev Vilayəti üzrə sədri.
Ömrünü Xalqına-Vətəninə həsr etmiş Yunus Alıyevi Ukraynada və Azərbaycanda tanımıyan yoxdur. Təkcə ona görə yox ki, o, “Azərbaycanlılardan ibarət olan Taqanrok Diviziyasının” şərəfinə abidə kompleksi ucaltmaq üçün paytaxt Bakı şəhərindəki şəxsi mənzilini sataraq, sözügedən abidənin ərsəyə gəlməsinə xərcləyib. Vəyaxudda Azərbaycan Həqiqətlərini dünyaya çatdırmaq üçün jurnallar, kitablar çap etdirib, Qanvermə aksiyaları təşkil edərək millətimizin nə qədər humanist olduğunu ukraynalılara göstərib. Qəribə burasındadır ki, yaşının 70-i çoxdan haqlamasına baxmayaraq, Yunus Alıyev bu gün də, Millət, Dövlət və Dövlətçiliyimiz üçün bütün gücülə çalışır, həm də yorulmadan, zövq alaraq və ən nəhayət bütün bunları təmənnasız edir. Düzdür, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Vətən qarşısında xidmətlərinə görə təltif də, olunub. Ancaq özünün də, dediyi kimi heç vaxt medala işləməyib. Azərbaycana hər səfərində isə sürətlə gedən inkişafdan sevinib və bunu yaşadığı ölkədə təbliğ edib. Zəfərlə başa çatan 44-günlük müharibə başlayan kimi, Silahlı Qüvvələrə Yardım fonduna xeyli vəsaiti də, ilk köçürənlərdən biri Yunus Alıyev oldu.
Bu günlərdə Nikalayev Azərbaycanlıları Konqresinin sədri Yunus Alıyev Azərbaycanda olub. Və iş elə gətirib ki, Tovuz rayonunda yerləşən “Asan Xidmətdə” olub. Yunus Alıyev redaksiyamıza zəng edərək öz minnətdarlığını bildirmək istədiyini dedi: Bilirsinizmi, mən dünyanın çox yerində olmuşam, istər rəsmi, istər də turist kimi, Asan xidmətdə gördüyüm bir çox xoş hadisələri, yüksək səviyyədə olan xidmətləri vurğulamaq istəyirəm, çünki dünyanın heç bir yerində insana belə gözəl yanaşma yoxdur. Tovuz Asan xidmtdə olarkən Gəncə regional miqrasiya idarəsinin Tovuz regional “Asan xidmət” mərkəzinə təhkim olunmuş inspektoru , qrup rəhbəri Babayeva Gülgün Saqif qızından işim keçdi. Babayeva Gülgün Saqif qızı diqqətimi savadlı, mədəni və əsil Azərbaycan xanımı olması ilə çəkdi. Gülgün xanım Miqrasiya haqqında qanunları Ana dili kimi yaxşı bilir desəm, yanılmaram. Öz mədəni davranışı, insana yanaşması təqdirəlayiqdir. Mən bunu necə qeyd etməyim?
Gəncə regional miqrasiya idarəsinin rəisi ilə də, görüşdüm, çox xoş təsir bağışladı. Qəbulda olarkən belə mədəni məmurlarımızın olması ilə qürur duydum, fəxr etdim. Biz bütün ömrümüz boyu xalqımızın təbliğatı ilə məşğuluq, qürbətdə yaşadığımıza görə Azərbaycandakı inkişafı çox zaman kənardan izləyirik. Ancaq Gülgün xanım kimi məmurları görəndə, bir daha əmin oluruq ki, Azərbaycan sözün əsil mənasında inkişaf edib. Mən Gəncə regional miqrasiya idarəsinin Tovuz regional “Asan xidmət” mərkəzinə təhkim olunmuş inspektoru , qrup rəhbəri Babayeva Gülgün Saqif qızının öz vəzifəsinə hörmətlə yanaşmasını, peşəsini sevməsini, vətəndaşlarımıza nəzakətlə yanaşmasını yüksək qiymətləndirirəm və ilk növbədə Azərbaycan Respublikası Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova minnətdarlığımı bildirirəm.
Ən nəhayət məhz Gülgün Babayeva kimi gənclərimizin yetişməsinə şərait yaradan, “Asan Xidmət” və “Miqrasiya Xidmətində” aparılan islahatlara görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Belə kadrlardan dünyanın aparıcı dövlətlərinin aidiyyatı xidmətləri gəlib nümunə götürsələr çox yaxşı olardı.
Yunus müəllim hər dəfə Azərbaycana gələrkən bir yenilik, inkişafla rastlaşdığını və bütün bunların onun daha da, böyük işlər görməsinə stimul verdiyini söyləyir.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
761