Ermənilərin tələbləri ABŞ-ın maraqlarına ziddir - ANALİZ
DİASPOR.İNFO Sia.az saytına istinadən "Caliber" analitik mərkəzinin təhlilini oxucuların nəzərinə çatdırır
.
ABŞ prezidenti Co Bayden tərəfindən qondarma “Osmanlı İmperiyasında erməni soyqırımı”nın tanınmasından sonra ilk dəfə Amerika erməniləri Vaşinqtonun siyasətinin türk komponenti ilə bağlı narazılığını açıq şəkildə ifadə etdilər. Bunun səbəbi, Baydenin ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə keçmiş konqresmen, Türkiyə ilə əməkdaşlığa böyük əhəmiyyət verən Cef Fleykin namizəd göstərilməsi idi. Yaranmış vəziyyətlə bağlı "Caliber" analitik mərkəzinin təhlilini oxucularımızın nəzərinə çatdırırıq.
Fakt budur ki, Fleyk yalnız Vaşinqton ilə Ankara arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı kimi deyil, həm də “erməni soyqırımı”nın tanınmasının tənqidçisi kimi tanınır. Onun Amerika prezidentinin müvafiq mövzudakı mövqeyinə verdiyi reaksiya çox şeyi deyir. Fleyk “ABŞ-ın köhnə NATO müttəfiqi olan Türkiyə Respublikası ilə münasibətlərinin strateji əhəmiyyətini nəzərə alaraq, Prezident Baydenin ona olan güvənindən qürur duyuram” dedi.
Bütün bunlara əsaslanaraq Amerikanın Erməni Milli Komitəsi “Cef Fleykin Türkiyənin erməni soyqırımını inkar etməsində iştirakçılığının uzun və biabırçı tarixi onun səfir təyin edilməsinə qaranlıq bir kölgə saldı” nəticəsinə gəldi. Prezident Bayden isə “bu il aprel hadisələrindən yalnız bir neçə ay sonra geri addım ataraq Ankaraya səhv bir siqnal göndərir” deyirlər.
Erməni Komitəsi “mübahisəli təyinat”ın həyata keçirilməsinə mane olmaq məqsədilə, Senatın prezident qərarını “araşdırması” üçün lobbiçilərini işə saldı. Ancaq Ağ Evdən gələn “türk tərəfdarı təyinatı”ndan çox əsəbiləşən erməni diasporu fəalları, Baydenin məşhur "soyqırımı" tanımasından dərhal sonra Vaşinqtonun Ankaraya erməni nöqteyi-nəzərindən “səhv” siqnallar göndərməyə başladığını nəzərə almırlar.
Məsələn, Amerika rəhbərliyi ABŞ prezidentinin “soyqırım”la bağlı açıqlamasının heç bir siyasi və hüquqi nəticəsi olmayacağını açıq şəkildə bildirdi. “Prezident Bayden Osmanlı İmperiyasındakı hadisələri təsvir etmək üçün erməni soyqırımı ilə bağlı ifadəni istifadə edərkən günahı Türkiyədə axtarmağa çalışmadı”- ABŞ Dövlət Katibi Antoni Blinken açıq şəkildə bildirdi.
Ermənilərin Baydenin qondarma “erməni soyqırımı”nı tanımasını "kapitallaşdırma" perspektivlərinə, yəni “zərərin əvəzi” tələb olunan məhkəmə iddialarına cavab olaraq, Dövlət Departamenti “prezidentin açıqlamasının ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımadığını” izah etdi. Yəni, Vaşinqton ermənilərə xəbərdarlıq edir- “təzminat sahəsində” iddialarını təmin etməyin yolu yoxdur.
Amerikalı hüquqşünaslar, göründüyü kimi, mümkün erməni iddiaları ilə əlaqədar uzun illər davam edən məhkəmə çəkişmələrinin yalnız ədalət üçün deyil, həm də ermənilərin özləri üçün çox gözlənilməz olacağından xəbərdardırlar. Üstəlik, Ankarada Birinci Dünya Müharibəsi dövründə erməni təşkilatlarının müharibə cinayətlərini ifadə edən kifayət qədər arxiv sənədləri baqajı var.
Ermənilər üçün “maddi təzminat” tələbinin perspektivi belədir. Erməni şüuru üçün ən həyəcan verici hesablamanın- Baydenin “erməni soyqırımı”nı tanıdıqdan sonra “mövcud əsaslar” ortaya çıxdığı ərazi iddialarının təmin edilməsi ilə bağlı uğursuzluğu barədə nə deyə bilərik? Axı ermənilərin türk torpaqlarına etdiyi absurd iddialarına, beynəlxalq və ya deyək ki, Amerika olsun, heç bir məhkəmədə baxıla bilməyəcəyi açıqdır.
Bununla birlikdə, Vaşinqtonu “Türk" siyasəti”ndə yalnız “məhkəmə motivləri” hərəkətə gətirmir. Fleykin Türkiyədəki Amerika səfiri təyin edilməsi, ABŞ-ın Ankaranı mühüm müttəfiq kimi qəbul etməyə davam etdiyinin və bu səbəbdən ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunun inandırıcı təsdiqidir.
Əslində, güclü bir NATO müttəfiqi olan Türkiyənin Amerika siyasətindəki rolunu anlamaq həqiqəti əvvəllər Ağ Evi bədnam “erməni soyqırımı”nın tanınması kimi düşüncəsiz addımlardan çəkindirirdi. Erməni lobbisi ilə çox sıx əlaqələrdə olan Bayden və ətrafındakılar “soyqırım”ı tanımaq qərarına gəldilər, ancaq Ağ Ev üzərində erməni xəyallarının “uçuşundan” əvvəl dərhal “dur” işarəsi qoydular. Çünki bundan sonrakı şey, yalnız Amerika maraqlarının prioritetidir və bu, strateji iş birliyində Türkiyə ilə dialoqun inkişafına cavab verir. Xüsusilə, Yaxın Şərq, Aralıq dənizi, Qafqaz-Xəzər bölgəsi və hətta Orta Asiya və Əfqanıstanda Türkiyənin əsas geosiyasi yerlərdə artan təsirini nəzərə alsaq.
Ermənilərin Türkiyə ilə münasibətlərdə Amerikanın marağını reallaşdırmaq üçün təkrar danışmağa davam etməsi cəhdləri əlbəttə ki, dayanmayacaq. Ancaq bu, Ağ Evin, xüsusən də Fleykin təyin olunmasındakı prinsipial mövqeyindən, ABŞ-ın maraqlarının bir daha erməni lobbisinin girovu olub-olmayacağından asılı olacaq. İkincisi, bu, yenilənməz ehtiraslarla dolu olsa da, ABŞ-ın özünün böyük güc statusu üçün qəbuledilməz olduğu qədər də real deyil.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.