AZAL-ın təyyarəsi ilə koronavirusa qarşı peyvənd çatdırılıb
İyulun 19-da "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə koronavirusa qarşı 40 min peyvənd çatdırılıb. Bu barədə AZAL-dan DİASPOR.İNFO-ya məlumat verilib.
Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq, həmçinin Tacikistana 40 min "AstraZeneca" vaksininin dozası çatdırılacaq.
274