Keçmiş prezident mandatından imtina etdi
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, hansı ki, onun bloku parlament seçkilərində ikinci yer qazanmışdı, öz deputat mandatını komandasından birinə verəcəyini bildirərək öz mandatından imtina edib. DİASPOR.İNFO RİA novostiyə istinadən xəbər verir ki, bu barədə Koçaryanın öz Facebook səhifəsindəki bəyanatında deyilir.
"Əziz həmvətənlər, bu gün "Ermənistan" alyansının rəsmi nümayəndəsi Aram Vardevanyan mənim mandatımdan istefa qərarımla bağlı MSK-ya bir bəyanat təqdim edib. İndi yerimi komandamın üzvlərinə vermək daha doğru olardı, hər biri əminəm ki, yaxşı bir deputat olacaq", deyə Koçaryan öz social şəbəkə hesabındakı bəyanatında qərarını izah edib.
O, qeyd edib ki, bu addımla tərəfdarlarının da razı olacaqlarına əmindir və düşünür ki, onun tərəfdarları da hesab edirlər ki, Ermənistan prezidenti vəzifələrindən sonra bu, mənin deputat mandatı aldadılmağımdır.
"Eyni zamanda qeyd etmək istəyirəm ki, parlamentə getməkdən imtina etməyim mübarizədən çəkilməyim demək deyil. Milli Məclisdə iştirak edəcək fraksiyanın lideri olmaqda davam edirəm və gündəlik davamlı işimlə gələcək qələbələrimizə töhfə verəcəyəm", deyə keçmiş president əlavə edib.
Xatlrladaq ki, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, bu seçkidə 21 partiya və dörd blok iştirak edib. Baş nazir Nikol Paşinyan, MSK-nın son məlumatlarına görə 53.91 % ilə qalib gəlib, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku 21.9 %, "Mənim şərəfim var" blokuna, Serj Sarkisyana isə 5.22 % dəstək olub. Sonuncunun tələb olunan 7% səsi almasa da, qanunvericiliyə görə parlamentə daxil olacaq, çünki qanunverici orqanda ən azı üç siyasi qüvvənin olması məcburidir. Ermənistan MSK, Paşinyanın partiyasının yeni parlamentdə, 71 mandat, Koçaryan və Sarkisyanın bloklarının isə müvfiq olaraq 29 və yeddi səs alacağını bəyan edib.
Müəllif: İnam Hacıyev