General-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi
Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə General-leytenant Kərim Vəliyev Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
1998 ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra, Ağdam istiqamətində yerləşən N saylı hərbi hissəyə xidmətə göndərildim.
Korpus Komandiri General Kərim Vəliyevin tabeçiliyində zabit kimi xidmətə başlamışam.
Az müddət ərzində xidmətimlə əlaqədər qiymətləndirilərək Korpus Komandiri General Kərim Vəliyev tərəfindən bölük komandiri təyin olunmuşam.
Xidmətimə görə mənə verilən qiymət xidmətdə məsuliyyətimi daha da artırdı.
Şəxsən özümü misal çəkərək, General Kərim Vəliyevin hər bir zabitin, gizir və əsgərin ayrı-ayrılıqda xidmətlərini, bilik və bacarıqlarını, şəxsi keyfiyətlərini oyrənib düzgün qiymət verdiyini vurğulamaq istəyirəm deyə ehtiyatda olan polkovnik-leytenant İbrahimov Muxtar bildirib.
General Kərim Vəliyevin tabeçiliyində xidmət edən zabitlərə, hərbiçilər arasında “General Kərim Vəliyevin akademiyasını bitiriblər” deyirdilər, bu da General Kərim Vəliyevin vətənpərvər, tələbkar və Xalqına, Dövlətinə və Ali Baş Komandana hər zaman sadiq olmasından irəli gəlir.
General-leytenant Kərim Vəliyevin tabeçiliyində xidmət etdiyimdən qürur duyuram.
O, həm Milli Ordunun şəxsi heyəti, həm də Azərbaycan cəmiyyəti arasında rəğbət duyulan generallardandır.
44 günlük Vətən müharibəsini döyüş meydanlarında keçirən General Kərim Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması xəbəri məni çox sevindirdi.
Əminliklə deye bilərəm ki, General-leytenant Kərim Vəliyev ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atacaq və Ali Baş Komandan İlham Əliyevin inam və ehtimadını doğruldacaq.
Ehtiyatda olan polkovnik-leytenant Muxtar İbrahimov General-leytenant Kərim Vəliyevə xidmətlərində uğurlar arzulayıb
968