Ən axmaq itlər belə kötəkləndiyi yerlərdə qalmırlar - TƏHLİL
Azərbyacan uzun illər sonra öz doğma torpaqlarını, Qarabağını geri qaytardı. Az qala bütün dünyanın etiraz, təyziq və hədələrinə rəğmən 44 gün ərzində 1 gün də dayanmayan müharibə bizim xeyrimizə sonlandı. Erməni tərəfinin yalvarışları ilə bağlanmış sülh müqaviləsinin bağlanması müəyyən bir müddət sabitlik yaratsa da bu, çox çəkmədi. Çox keçmədən provakasiyalar və özlərinə xas erməni hayasızlığı etdilər. Bütün bu əməllər və atəşkəs pozuntuları heç bir zaman cavabsız qalmasa da Azərbaycan tərəfinin səbri tükəndi.
İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan - Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdu. Bu barədə Müdafiə Nazirliyindən də məlumat verilib. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Fərman Telman oğlu Yaqublu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı da verib. Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Yaranmış provakasiya nəticəsində şəhidimiz olduğu üçün Azərbaycan tərəfi daha aqressiv əks-hücum əməliyyatları keçirməyə başlayır.
Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəldi. Kəlbəcər - Göyçə sərhədində başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb. Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tərk edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar. Yerli sakinlərin mediaya bildirdiyinə görə, əsasən, qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə çıxarılıb. "Elə yerlər var ki, kənd bir gecədə tamamilə boşaldıldı. Çünki, silah səsləri evimizin içində eşidilirdi. Azərbaycan hərbçilərinin əks hücumu qəfil başladı. Sanki, ildırım çaxırdı. Belə bir şəraitdə bu kəndlərdə yaşamaq və təsərrüfatla məşğul olmaq mümkünsüz görünür", - deyə kənd sakini bildirir.
Qürurverici məqam burasıdır ki, artıq bu tip "Elə yerlər var ki, kənd bir gecədə tamamilə boşaldıldı. Çünki, silah səsləri evimizin içində eşidilirdi” cümlələr yalnız erməni kəndliləri tərəfindən işlədilir. Azərbaycan tərəfi isə bacardıqca humanist mövqe göstərsə də bəzən səbrimizin daşdığı olur. Buna ən çox ermənilər bələddirlər. Güc və səbr əksərən bir-biriminə əks mövqedə olduğundan, bu dəfəki səbr daşqını ermənilər üçün baha başa gələcək. Belə ki, güclü və haqlı Azərbaycan artıq yetərincə səbr edib. Ermənilər hələ də yaşamaq istəyirlərsə yaşayacaqları yer barədə düzgün seçim etməlidirlər. Ən axmaq itlər belə kötəkləndiyi yerlərdə qalmırlar. Amma unutmaq lazım deyil ki, bu itlər həm də quduzdurlar. Yəni onlar düşünə, xatırlaya və öz instinqlərinə yiyə dura bilmirlər. Bu itlərə quduzluğu kimlərin yoluxdurduğu çox aşkardır.
Növbəti müharibə ehtimalından Azərbaycanın daha az itkilərlə çıxacağı aşkardır. Daha çox strateji mövqeyə, qalib ruha, təcrübəyə sahib olan Azərbaycan Ordusu artıq düşmənə heç bir şans verməyəcək. Digər tərəfdən əmin olmaq olar ki, beynəlxalq qüvvələr də Ermənistanı müdafiə etməyin mənasız olduğunu dərs edir. Həm də onlar əmindir ki, mövzu torpaq olduqda biz Azərbaycanlıların gözü heç nə görmür. Mövzu torpaq, vətən olduqda hər hansısa hədə, sanksiya, təhdid işə yaramır.
Nəzərə alınmalı digər bir məsələ isə 3-cü bir Qarabağ müharibəsinin heç kimin mənfəətinə uyğun olmamasıdır. Ordusunu itirmiş Ermənistan da daxil olmaqla heç kim müharibə etmək gücündə deyil. Rusiya, İran və digər ölkələrə də artıq yeni iqtisadi inkişaf mərhələlərində özünə yer tapmaq maraqlıdır. Belə bir, yenidənqurma və iqtisadi inkişaf mərhələsində heç kim müharibə etmək cəsarətində ola bilməz.
Müəllif: Zərdüşt Quluzadə