ABŞ Prezidenti Co Bayden və İraq baş naziri Mustafa Kazımi ABŞ-ın İraqdakı döyüş missiyasını bitirməyi şərtləndirən sənədi imzalayıblar. Diaspor info xəbər verir ki, Vaşinqtonda imzalanan müqaviləyə əsasən, ABŞ 2021-ci ilin sonunadək İraqdan çıxacaq.
Bu, 18 ildən çoxdur İraqda olan ABŞ əsgərlərinin buradakı varlığının rəsmi formada sona çatması deməkdir.
Beləcə avqust ayında ABŞ qüvvələrinin Əfqanıstandan çəkilməsinin başa çatması ilə ABŞ-ın xaricdə davam etdirdiyi iki müharibə sona çatacaq.
Xatırladaq ki, hər iki ölkədə müharibəni o zamankı respublikaçı prezident Corc Buş başlatmışdı
79