İran parlamenti prezident İbrahim Rəisinin nazir postlarına təklif etdiyi namizədlərlə bağlı müzakirələrə başlayıb. Diaspor info-nun “Tasnim”ə istinadən verdiyi xəbərə görə, qanunverici orqanın sədri Məhəmmədbaqer Qalibaf siyahını parlament üzvlərinə təqdim edib.
Hökumətin tərkibi parlament tərəfindən təsdiqləndikdən sonra nazirlər səlahiyyətlərinin icrasına başlayacaq.
Qeyd edək ki, iyunun 18-də İranda prezident seçkiləri keçirilib. İbrahim Rəisi seçicilərin 62 faizinin (17.9 milyon) səsini qazanaraq prezident seçilib. O, avqustun 5-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.
114