İqor Korotçenko: Ermənistanda baş verənləri görməyən amerikalılar və fransızlar hər zaman Azərbaycana demokratiya öyrətməyə hazırdırlar və indi Azərbaycanın Qarabağ bölgəsində separatçı varlığı canlandırmağa çalışırlar”
Bir neçə gün əvvəl Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” fraksiyasının nümayəndələri ilə müxalifətçi “Hayastan” və “Şərəf duyuram” franksiyaları arasında dava-dalaş baş verdi. Bu ərəfədə, “Şərəf duyuram” blokunun deputatı Anna Mkrtçyan “Vətəndaş sazişi” fraksiyasından olan deputatları "təslimçiliyin tərəfdarları" adlandırdı. Bu mübahisə əlbəyaxa döyüşlə müşayiət olundu və bundan sonra tərəflər təhlükəsizlik qüvvələri tərəfindən zaldan çıxarıldılar. Hər şey baş nazir Nikol Paşinyanın Milli Məclisə yeni bir hökumət proqramı təqdim etməsindən sonra oldu.
Hakim fraksiyanın nümayəndəsi Hayk Sarkisyan bəyan etdi ki, "bütün müdafiə nazirləri, hansı ki, pul və ya telefon zəngilə ordudan azad edirdilər, vətənə xəyanət edirlər". Buna cavab olaraq Hayastan fraksiyasına rəhbərlik edən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ona şüşə butulka atdı. Bundan sonra şüşələr hər tərəfdən rəqiblərə tərəf uçmağa başladı. Amma hətta bu da kobud sözlərlə qarşılıqlı təhqirlərə son qoymadı və müxalifət və iqtidaryönlü deputatlar bir-birini təpikləyərək daha bir neçə dəfə dalaşdılar.
Rusiya politoloqu, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Bakı” portalına Ermənistanda yaşanan hadisələrlə bağlı münasibət bildirib.
“Aydındır ki, bu, Ermənistandakı mövcud hakimiyyətin simasıdır, “demokratiyanın” simasıdır ... Burada, necə deyərlər, nə çıxarmağa, nə də əlavə etməyə ehtiyac var. Problem Ermənistanın yeni parlamentinin deputatlarının siyasi mədəniyyətinin olmamasında, fərqli bir baxışa dözümsüzlüyündədir. Və ən əsası, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın siyasi rəqibinə necə su şüşəsi atdığını (belə öldürmək də olar) seyr etmək, əslində bu erməni parlamentinin divarında arasında döyüş təşkil etməkdir. Ermənistan-Azərbaycan sərhədində silahlı təxribatları təşkil etməyə kimin uyğun olduğu sualı dərhal öz-özünə yox olur. Səhnələr tamamilə çirkindir. Aydındır ki, Ermənistan ordusu keçmiş Ermənistan müdafiə nazirindən daha az təmkinlidir. Təbii ki, təxribatlar təşkil edir və atəş açırlar. Amma bunun üçün heç nə almayacaqlar. Necə ki, deputatlara öz rəqiblərinə şüşə atmaq heç nə vermir.
Ermənistan parlamentində baş verənlər biabırçı şeylərdir, bunun üçün deputat mandatından məhrum etmək lazımdır. Bütün bunlar Ermənistanın nüfuzuna son dərəcə mənfi təsir göstərir.
Paşinyanın Qarabağ nizamlanması ilə bağlı üçtərəfli bəyanat imzalamasından sonra Ermənistan parlamentinin keçmiş spikeri Ararat Mirzoyanın İrəvanın mərkəzində linç edilməsi səhnəsini xatırlayırıq. Adam möcüzəvi şəkildə sağ qaldı. Söhbət ondan gedir ki, indi Ermənistanın xarici işlər naziri vəzifəsini necə yerinə yetirəcək ... Çünki başından təpiklənəndən sonra...
1999-cu ildə Ermənistan parlamentinin divarları arasında Milli Məclisin spikeri Dəmirçyanı güllələyən terrorçuları xatırlayırıq. Ona görə də parlamentdəki davalar təəccüblü deyil. Bunlar erməni parlamentarizmi qarşısında faşist əlaltısı Qaregin Nijde ideologiyasının təcəssümünün ümumi əlamətləridir. Səbirsizlik, rəqibi zorla susdurmaq cəhdi. Bunlar parlament üsulları deyil, yarı terror üsullarıdır.
Nə iqtidar, nə də müxalifət, xüsusən də seçiciləri təmsil edənlər belə davranmamalıdır. Müxalifət iqtidara sakit bir həyat verməyəcəyinə söz verib, ona görə də iqtidara kölgə salmağa çalışır. Amma əslində, bunu özünə qarşı etmiş olur. Bu konstruktiv siyasi mübarizədirmi? Bu gülməlidir, kədərli olmasaydı. Deməli, müxalifət özünü eyni dərəcədə rüsvay edir.
Dünən parlamentdə Təhlükəsizlik Xidmətinin nümayəndələri deputatları geri çəkmək məcburiyyətində qaldılar. Bunlar qorxulu səhnələrdir. Xalq nümayəndələri özlərini bir növ küçə uşaqları kimi aparırlar. Yaxşı, rəqiblərinizlə razılaşmırsınızsa, fərqli bir fikir söyləyin, fikirlərinizin üstün olması üçün mübahisə edin. Və mübahisə yerinə fiziki şiddət tətbiq edildikdə, bu, yumşaq desək, utancdan başqa bir şeyə səbəb olmaz.
Ermənistanın niyə qeyri-konstruktiv davrandığını indi başa düşürük. Köklü səbəbləri başa düşürük - insanlar öz aralarında razılaşa bilmirlər. Necə ola bilər ki, xarici dünya ilə, qonşu ölkələrlə barışsınlar, məsuliyyətli və konstruktiv davransınlar və adekvat qərarlar versinlər ....
Beynəlxalq tərəfdaşlar bütün bunları görür. Makron buna bir şey deyəcəkmi? Xeyr, Paşinyanın saqqızından öpəcək. Qarşıda seçkilər var, Fransa ermənilərinin səsinə ehtiyacı var. Hamı parlamentdəki qəzəbə göz yumacaq. Ararat Mirzoyanın linç edilməsinə necə göz yumdular? O zaman ən azından bir insan haqları təşkilatı çıxış etdimi? Yox. Amma amerikalılar və fransızlar hər zaman Azərbaycana demokratiya öyrətməyə hazırdırlar və indi Azərbaycanın Qarabağ bölgəsində mövcud olan separatçı varlığı canlandırmağa çalışırlar. Burada ikili standartlar tətbiq olunur- onlara nə sərfəlidirsə, onu da edirlər. Ona görə də heç kim bunu görməyəcək, heç kim qınamayacaq. Praktiki bir plan, o cümlədən Rusiyada - erməni həmkarlarımızın nə qədər etibarlı, konstruktiv və danışıqlar apara biləcəyi ilə bağlı yalnız nəticələr çıxarmaq lazımdır.
Nikol Paşinyana qarşı fiziki zorakılıq çağırışlarını dəfələrlə eşitmişik. Həm Ermənistanda, həm də Rusiyadakı bəzi erməni nümayəndələri tərəfindən. Və heç kim onlar üçün heç bir məsuliyyət daşımadı, bu da təəccüblüdür. Cinayət işi yoxdur, heç nə. Belə səhnələrdən sonra Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək lazımdır. Parlamentə gələndə heç olmasa güllə keçirməyən jilet geyinsin.
Ona görə də Ermənistan hökumətinin yeni proqramı heç vaxt gəlməyəcək "uzaqdakı gözəl" haqda boş ifadələrdir. Bütün bunları artıq keçmişik. Ermənistanın seçdiyi proqram nəinki yerinə yetməyəcək, hətta uğursuz olacaq.
Təəssüf ki, Qarabağ bloku ilə bağlı mənfi proqnozum da var. Nəticədə, Ermənistan tərəfi Azərbaycanla sərhədin açılmasına və delimitasiyasına hazır olduğuna dair bütün bu açıqlamaları Qarabağın statusu məsələsi ilə əlaqələndirəcək. Hazırda yenidən müəyyən prinsiplərdən danışmağa başlayıblar. Bütün bunları Qarabağın bədnam statusu ilə bir paketə bağlamaq üçün ATƏT-in Minsk qrupunu, xüsusən də amerikalıları və fransızları cəlb etməyə çalışacaqlar. Məhz belə edəcəklər. Və bu, sözün əsl mənasında, qanunsuz bir separatçı varlığın yenidən canlandırılmasıdır. Köhnə plastinkadır, hansı ki, 30 ildir eşidilmiş və görülmüşdür. Və bu ideyanı Ermənistan tərəfi nəqliyyat əlaqələrinin və delimitasiyanın qarşısını almağa hazır vəziyyətdə maskalayacaq".
Tərcümə - Elçin Bayramlı