Artıq Rusiyanın siyasi dairələrində belə bir məsələ danışılır ki...
Ermənistanın “Past” qəzetinin yazdığına görə, avqustun 25-də Azərbaycan SQ-i tərəfindən təxminən 3 sutka ərzində Gorus-Qafan yolu bağlandı. Bu olayın səbəbini isə belə təxmin etmək olar – həmin hadisəyə qədər Ermənistanın hərbi qulluqçuları anidən Azərbaycan həqbi qulluqçusu Şirəliyev Ruslan Nəriman oğluna hücum edərəkz, onu süngü ilə yaralamışdılar.
İndi isə “Past” qəzetinin məlumatına bir daha baxaq. Erməni nəşrinin yazdığına görə Avqustun 27-də iki rəsmi məlumat yayılmışdı: birində qeyd edilirdi ki, Nikol Paşinyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, digərində isə avqustun 25-də Gorus-Vorotan və Şurnux-Karmakar dövlətlərarası yolunun Gorus-Qafan yolu yenidən açılıb. Belə bir versiya da var ki, yolun açılmasında Vladimir Putinin vasitəçiliyi olub.
Kremldən İrəvana eyham - Rusiyadan yan keçməklə edilən hərəkətlər sadəcə mənasızdır
Lakin daha bir məsələyə diqqət yeritmək olar. Belə ki, digər məlumatlara görə, adıçəkilən yol bağlandıqdan sonra Nikol Paşinyan iki gün ardıcıl olaraq Vladimir Putinə telefon zəngi edib. Lakin sonuncu onun zənglərinə cavab verməyib.
Artıq Rusiyanın siyasi dairələrində belə bir məsələ danışılır ki, Rusiya prezidenti bu yolla Paşinyana heç bir sərhədyanı mübahisə məsələlərin onun ortaqlığı, yaxud vasitəçiliyi ilə həll oluna bilinməyəcəyini nümayiş etdirib. Daha dəqiq desək, onun vasitəçiliyi olmadan, yəni Rusiyadan yan keçməklə edilən hərəkətlər sadəcə mənasızdır.
“Hraparak”: Azərbaycan tərəfi yoldan ötən maşınları rahat şəkildə identifikasiya edə bilir”
Bu arada, daha bir erməni nəşri – “Hraparak”ın yazdığına görə, azərbaycanlıların gorus-Qafan yolunda beton bloklar və postlar qoyması erməni sürücülərin psixikalarına təsir etmək məqsədini daşıyır.
“Yolun bu hissəsindən keçid edən maşınların sürəti beton bloklar səbəbindən minimuma endirilir, belə ki, hərəkət üçün dar cığır qoyulub. Azərbaycan tərəfi yoldan ötən maşınları rahat şəkildə identifikasiya edə bilir”, yazan adıçəkilən erməni nəşri iddia edir ki, bu vasitə ciddi risklər yaradır. Guya insanlar bu məntəqədən keçməkdən qaçınacaqlar, xüsusilə Ermənistanın Milli Thlükəsizlik Xidməti bir neçə ay öncə sözügedən yoldan sürətlə, dayanmadan hərəkət etməyi tövsiyə olaraq irəli sürmüşdü” “Hraparak” yazır.
Beləliklə, Kreml bu olaydan sonra İrəvana dəqiq eyham vurub və ismarıc yollayıb: məndən xəbərsiz bir addım da kənara atmırsan və bir daha üzünü Qərbə çevirib, mənim siyasətimə ləkə vurmağa çalışmırsan, çünki son asılı qaldığın tük rolunu məhz Rusiya oynayır.
Rövşən RƏSULOV