"Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şuşaya növbəti səfəri tarixin daha bir şanlı səhifələrindən oldu. Ata vəsiyyətini çox böyük uğurla həyata keçirən ölkə başçımızın qətiyyəti bütün dünyaya nümunədir". Bu fikirləri Diaspor info-ya açıqlamasında Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın doğma Qarabağımızdakı qısa zaman kəsiyində aparılan quruculuq işləri ilə tanış olmaları, festivalların, poeziya günlərinin, mədəni və digər tədbirlərin həyata keçirilməsi Azərbaycan adlı dövlətin qüdrətini bir daha bütün dünyaya göstərdi: Hər bir azərbaycanlının xilaskar Ali Baş Komandanı cənab İlham Əliyevin “Biz Şuşanı dirçəldəcəyik, "Doğma Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik" sözləri bu günün reallığıdır. Qarabağımız dirçəlir".
G.Ağamalı vurğulayıb ki, ermənilərin torpaqlarımıza basqını, soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsi uşaqlıq illərimdə çox acı xatirələr kimi yaddaşıma həkk olub: "Bu gün bu sevincli günləri yaşadıqca uca tanrıya şükür edirəm. Bu tarixi anları yaşamaq qismətimdə varmış. Bu günlər üçün haqlarını heç zaman ödəyə bilməyəcəyimiz ölkə başçımıza, qəhrəman silahlı qüvvələrimizə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik".
Müəllif: Aysel Məmmədova