Rusiya xarici işlər naziri Sergey Lavrov “Bütün Rusiya-2021” müasir jurnalistikanın 25-ci yubiley forumunda ölkəsinin Qərblə münasibətlərini bərpa etmək üçün “həmişə hazır” olduğunu bildirib. Bununla yanaşı o, Moskvanın qərbli tərəfdaşlarına güvəni olmadığını da etiraf edib. Lavrovun sözlərinə görə, Qərb Moskva ilə münasibətlərdə “görünməmiş bir gərginliyə” gedib.
Diaspor info bu barədə rus mətbuatına istinad edir.
Moskvanın Kiyevlə normal münasibətləri bərpa etməyə hazır olduğunu bildirən Lavrovun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin “Rusiya ilə müharibə” ilə bağlı açıqlamaları elə də diqqətə layiq olmayan fikirlərdir.
Xatırladaq ki, Kiyevdə keçirilən YES Beyin Fırtınası forumunda Rusiya ilə genişmiqyaslı bir müharibəni mümkün hesab edən Ukrayna Prezidenti hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə, “bunu Rusiyanın ən böyük səhvi” kimi xarakterizə etmişdi.
Zelenski hesab edir ki, bu gün ukraynalılarla ruslar arasındakı düşmənçilik iki xlq arasında böyük bir boşluq yaradıb. düşmən olublar və indi aralarında boşluq var.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Zelenskinin açıqlamalarından sonra Kremlin təhlükə görüb görmədiyi sualını cavablandırarkən, “apokaliptik gözləntilərə qapılmaq istəməyəcəyini” söyləmişdi.
“İnanıram ki, bu şərhlər heç bir diqqətə layiq deyil. Rusofobiya ilə dolu olan bu geniş bəyanatlara öyrəşmişik”. Bunu isə Lavrov Peskovun dediklərinə münasibət bildirərək deyib.
Ağasəf Babayev