“1988-ci il 17 noyabr tarixində Azərbaycan xalqı Azadlıq meydanında mitinq təşkil etdi”. Bu sözləri Diaspor info-ya açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Onun sözlərinə görə, mitinqin təşkil olunmasının məqsədi də Azərbaycan xalqının səsini Moskvaya çatdırmaq idi: “Bildiyimiz kimi Bakının əsas meydanında başlayan mitinq Topxana meşəsinin qırılmasına və Azərbaycanın sosial, siyasi həyatına etirazın bir göstəricisi idi. Xalq hərəkatı Bakının ən böyük meydanında yüz minlərlə insanın toplaşması ilə başladı. 17 noyabr mitinqi milli azadlıq hərəkatına çevrildi. Bu illər ərzində Azərbaycanda müstəqillik aktının 1918-ci il 18 oktyabrda qəbul olunması ilə Azərbaycan üçüncü dəfə müstəqil bir dövlət olaraq öz varlığını dünyaya elan etdi. 1988-ci ildən bu günə kimi baş verın hadisələr zamanı Azərbaycan istər Dağlıq Qarabağda, istərsə də Aran-Qarabağda rayonlarını itirdi. Yüz minlərlə insan öz torpaqlarından didərgin düşdü. Lakin buna baxmayaraq istər Ulu Öndər Heydər Əliyevin dövründə, istərsə də cənab Prezident İlham Əliyevin dövründə milli ordu quruculuğu yüksək səviyyədə təmin olundu. Yeni texnikalar alındı. Bütün bunlarla bərabər daxildə iqtisadi-siyasi hadisələrin normal səviyyədə getməsi üçün humanizm siyasəti də əsas rol oynayırdı. Onu demək olar ki, cənab Prezident İlham Əliyevin siyasətinin başlıca prinsiplərindən biri də humanizm siyasəti idi. İstər pensiya islahatları, istər abadlıq-quruculuq işlərinin aparılması, istər korrupsiya ilə mübarizə, kadr siyasəti və s. bunların hamısı ümumilikdə dövlətin aparmaq istədiyi ən mühüm amillərdən biri idi”.
Arzu Qurbanzadə
136