Bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib. Diaspor info-nun məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib: "İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib", - deyə E.Rüstəmov bildirib
136