“Nəinki Vətəndaş və İnkişaf Partiyasnda (VİP), bütövlükdə radikalizm və avtoritar idarəçilik üslubu olan bütün müxalifət partiyalarnda narazlıqlar, etirazlar və davaml istefalar baş verir və bu, ilk növbədə həmin təşkilatlara uzun illər rəhbərlik edən, yenilənmə və novatorluq əleyhinə olan, özlərini partiyadaşlarna, ictimai rəyə zorən lider kimi sırıyan şəxslərin üzərinə düşən məsuliyyətdir. Yəni uğursuzluqlara səbəb olmalarının əsas baiskarları onlarn özləridir”. Bu fikirləri Diaspor info-ya “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Qliyev VİP-in sədr müavini Əliyar Şirməmmədovun partiyadan ittihamlarla dolu istefasına münasibətini bildirərkən deyib.
Siyasi ekspertin sözlərinə görə, elə istefalar olur ki, onlar yalnz partiyalardakı bir mühüm vəzifədən olur, lakin uzun müddət müxalifətdə olmuş Əliyar Şirməmmədovun yalnız sədr müavinliyindən deyil, həm Siyasi Şuradan, həm də üzvlükdən getməsi artıq belə qənaətə gəlməyə zəmin yaradr ki, VİP-in sədri Əli Əliyevin idarəçiliyi təkcə avtoritarçılıq üzərində deyil, eyni zamanda diktatorluq üzərində cəmləşib: “Baxın, o deyir ki, VİP-dən istefası ilə bağlı üç ay əvvəlcədən müraciət edib, ancaq bu qədər müddətdə sədr onun istefasına heç bir münasibət bildirməyib. Görünür, Əli Əliyev bütün adamlarını orada zor gücünə saxlayr və əgər o diktatorluqda ittiham edilirsə demək ki, həmin əməlini müxtəlif şantajları vasitəsi ilə həyata keçirir. Əbəs deyil ki, Əliyar Şirməmmədov vaxtilə ona sədrlik etmiş birini kobud qismində təqdim edir, eləcə də özünə hörmət edərək mədəni halda, səssiz-küysüz istefa verdiyini bildirir. Düşünürəm ki, o bununla Əli Əliyevin səviyyəsinə enmək istəmədiyinə işarə vurub”.
“Bu gün AXCP-də də, Müsavat Partiyasında da, digər radikal xarakterli siyasi təşkilatlarda eyni vəziyyət hökm sürür”, deyən Bəhruz Quliyev artıq ictimai-siyasi rəyin də bu cür özündənmüştəbeh, başqalarına yuxarıdan-aşağıya baxan, birinin-digərini həzm etməyən qondarma liderlərə münasibətlərinin mənfi olduğunu bildirib: “Halbuki, Azərbaycanda yetkin siyasi baxışları olan konstruktiv mövqeli müxalifət partiyalarının təmsilçiləri də var və onlar partiyadaxili və şəxsi maraqlarına deyil, ümumi dövlətçilik maraqlarına xidmət etməyi üstün tuturlar, rəhbərlik elədikləri təşkilatlarını siyasi biznes ofislərinə çevirmirlər, sağlam tənqidləri ilə seçilirlər, ölkəmiz əleyhinə fəaliyyət göstərən bəlli xarici dairələrin sifarişlərini aldıqları gizli maddi gəlirlər hesabına həyata keçirməyə cəhdlər göstərmirlər. Təəssüf ki, Əli Əliyevin timsalında olan radikal müxalifət partiyalarının sədrləri küçə müxalifətçiliyini də özlərinin əsas siyasi idarəçilik “prinsipəri” kimi təlqin edirlər və bu fakt onların get-gedə ölkəmizin yeniləşən siyasi mühitindən təcrid olunmaları ilə nəticəsini tapır. Belə bir deyim var – öz uğursuzluğunu özündə axtarsan uğurlu çıxış yolunu tapa bilərsən. Amma göründüyü kimi, onlar öz uğursuzluqlarını özlərində deyil, başqalarında axtarır, başqaların itiham etməklə özlərini təmizə çıxarmağa çalışırlar. Bu isə göründüyü kimi, bax belə bir hadisələrlə, etirazlarla və istefalarla yekunlaşır”.
Rövşən RƏSULOV