“Bəzi insanlar özlərini elə aparırlar ki, sanki onlar hökmdardır”. Bu sözləri Diaspor info-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, partiyalarda da bu cür özünü diktator hiss edənlər var: “Şübhəsiz ki, Əliyar Şirməmmədovun istefasının səbəbi özünün də qeyd etdiyi kimi Əli Əliyev ilə siyasi baxışlarının düz gəlməməsidir. Ümumiyyətlə son dövrlər mətbuatda Əli Əliyevə qarşı partiya üzvlərinin çıxışları var. Bunun da səbəbi bildiyim qədəri ilə Əli Əliyevin “iti qovan kimi qovacam” ifadələri öz əksini tapmasıdır. Necə ola bilər ki, bir adam illərdir partiya yoldaşları olanlara qarşı bu cür ifadələr işlədə bilər? Partiya lideri gərək partiya üzvlərinə qarşı dözümlü, səbrli olsun. Görünür ki, Əli Əliyevdə bunlar yoxdur. Düşünürəm ki, bu insana baş qoşmaq lazım deyil. Çünki o özü özünü ifşa edir”.
Arzu Qurbanzadə