Azərbaycanlı həkim Elvin Hüseynov allergik bronxopulmonal kandidiaz xəstəliyinin Almaniyada ilk dəfə dəqiq və düzgün diaqnozu ilə bağlı tibbi yeniliyi rəsmi olaraq elmi konfransda təqdim edib.
“Almaniyada bu xəstəliyin ilk dəfə rəsmi olaraq diaqnozu qoyulur, elmi ictimaiyyətə təqdim edilir və bunu edən bir azərbaycanlı həkim kimi tarixə düşmək qürurvericidir” – Elvin Hüseynov.
Çıxışdan sonra Almaniyanın ağciyər xəstəlikləri üzrə dünyaca tanınmış mütəxəssisləri Elvin Hüseynovu bu böyük uğur münasibəti ilə təbrik edib və bunun həqiqətən Almaniyada bir ilk olduğunu təsdiqləyiblər.
Bu, Azərbaycan tibb tarixində gənc azərbaycanlı həkimin Almaniyada qazandığı böyük uğurlardandır.
Elvin Hüseynov Almaniyanın Köln şəhərindəki "Augustireninnen" Xəstəxanasının ağciyər xəstəlikləri, allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasının şöbə müdiri və aparıcı mütəxəssisdir.