“Əsrlər boyu Ermənistan Azərbaycan torpaqlarına göz dikmiş, hər zaman öz işğalçılıq siyasətini həyata keçirməyə çalışmışdır”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, təssüf ki, vaxtilə bu fikirlərinə müəyyən qədər nail olmuşdurlar hansı ki, Çar Rusiyası dövründə bu baş vermişdir: “Ermənistanın son 30 ildə Azərbaycana qarşı törətdikləri soyqrımların, ərazi iddialarının şahidi olmuşuq. 1988-ci ildən başlayaraq Qarabağı məcburən Ermənistana birləşdirmək məqsədi güdürdülər və Moskva da buna göz yumurdu. Bundan ruhlanan Ermənistan tərəf bu addımları atmaqla Qərbi Azərbaycanda 250 minə yaxın soydaşlarımızı məcburən oradan qovdular. Sonradan Dağlıq Qarabağ və ətraf rayonları işğal etməyə başladılar. Bu hadisənin şəxsən şahidi olmuşam, hər şey gözlərimin qabağında baş verib. Erməni millətinin hansı xarakterə sahib olduqlarını biz çox yaxşı bilirik. Ona görə də, son zamanlar 10 noyabr 2020-ci il tarixində bağlanmış üçtərəfli bəyannamədən sonra törədilən hadisələri də şərh edərək bildirmək istəyirəm ki, bu cür millətdən hər şey gözləmək olar. Onlar məcburən bizim dövlət sərhədlərimizi tanısa da, sülh sazişinə imza atsa da heç vax biz onlara güvənməməliyik və olnlardan gələn zərbəyə qarşı hər zaman hazır olmalıyıq. 30 ilə yaxın bir müddətdə baş vermiş hadisələrə fikir versək görərik ki, BMT-nin qəbul eldiyi 4 qətnamədə və bir çox beynəlxalq təşkilatlar həmin ərazilərdən qeyri-şərtsiz Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edib. Azərbaycan xalqı çalışdı ki, hər zaman məsələləri sülh yolu ilə həll etsin amma Ermənistan tərəf həmişə özünü qalib dövlət kimi göstərməyə çalışmışdır. Azərbaycan dövləti artıq bu çıxılmaz vəziyyətdən qurtulmaq üçün məcburən BMT-nin 4 qətnaməsini öz gücü hesabına icra etdi və qələbə qazandı. Qalib dövlətə çevirildi. Amma qarşı tərəf “10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat”da müəyyən şərtləri qəbul etmələrinə baxmayaraq, bununla razılaşırlarmı? Razılaşsa belə onların havadarları onları rahat buraxırmı? Xeyir. Bunun nəticə olaraq da Ermənistan son zamanlar mütamadi olaraq bölgələrimizdə həmçinin sərhəd bölgələrində, Kəlbəcər istiqamətində təxribatlar törədiblər. Nəzərdə tutulmuş bəyannaməni pozmaqla həm həmin bəyənnaməyə, həm də onların tərəfdarı olan Rusiyaya da hörmətsizlik ediblər. Bilirsiniz ki, Azərbaycan tərəfi hər zaman məsələni sülh yolu ilə, beynəlxalq qanunlara söykənərək həll etməyə çalışır, amma çox təəssüflər olsun ki, qarşı tərəf bu məğlubiyyəti qəbul etmək istəmir, sülh sazişinə əməl etmək istəmirlər. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasına da mane olmağa çalışırlar. Mən düşünürəm ki, bunlar qeyri-mümkündür. Onlar başa düşməlidirlər ki, çıxış yolları yalnız sülh sazişinə imza atmaq, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. Bilirsiniz ki, həmçinin Ermənistanda siyasi vəziyyət nə yerdədir. Artıq Paşinyanın istefası tələb olunur. Onun səriştəsizliyi, bacarıqsızlığı, düzgün siyasət yeritməməsi əsas götürülərək vəzifəsinin təhvil verilməsi tələb edilir. Həm Azərbaycanla, həm də Türkiyə ilə düzgün qonşuluq siyasətini davam etdirməli, ərazi iddialarından əl çəkməli, beynəlxalq qanunlara söykənərək həm Azərbaycanın, həm Türkiyəninin bölgə sərhədlərinini tanımalı və sülh sazişinə imza atmalıdır, həmçinin Zəngəzur dəhlizinin açılmasına da mane olmamalıdır. Çünki Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Türkiyənin deyil bütün regionun xeyrinə olacaq. Avropa və Asiyanın birləşmə yolu olacaq. Bu yoldan bütün bölgə dövlətləri səmərəli şəkildə istifadə edəcək. İqtisadi əlaqələrin inkişafına, bölgənin inkişafına çox güclü təsir göstərəcək. Onlar 44 günlük vətən müharibəsində cənab Prezident İlham Əliyevin vurğuladığı kimi dəmir yumruğun təsirini yaxşı bilirlər. O dəmir yumruq bilirsiniz ki, bütün dünya azərbaycanlılarının simvoludur. Onları bunu düşünməlidirlər ki, hər hansı bir səhv addımlarında dəmir yumruqla qarşılaşacaqlar. Ona görə də düzgün fikirləşib qərar verməlidirlər”.
Müəllif: Abutel İlhamqızı