“Bu gün Ədliyyə işçiləri 22 noyabr tarixini peşə bayramı günü kimi qeyd edir. Ümummilli Liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il sərəncamı ilə təsis olunan bu bayramı Ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi və yeni nəaliyyətlərlə qeyd edirlər”. Bu sözləri Diaspor info-ya açıqlamasında Ədliyyə polkovnik-leytenantı Hafiz Quliyev deyib.
Onun sözlərinə görə, əsrə bərabər, çətin və bir o qədər də şərəfli inkişaf yolu keçmiş Ədliyyə Nazirliyinin dövlətçilik tarixmizdə əvəzsiz rolu olub: “Peşə bayramı günündə Ədliyyə işçilərinin Azərbaycan Ədliyyəsinin qazandığı nailiyyətlər qeyd olunur, görülmüş işlər təhlil olunur, gələcəyə nəzər salınır. Bu peşə bayramı Ədliyyə əməkdaşları üçün xüsusi əhəmiyyət kəsb edir. Başda ədliyyə naziri Fikrət Məmmədov olmaqla bu ağır və məsuliyyətli işdə yorulmadan bezmədən sevə-sevə çalışan həmkarımı təbrik edir və bu yolda onlara bol-bol uğur diləyir, işlərində daimi müvəffəqiyətlər arzulayıram”.
Biz də Diaspor info olaraq başda ədliyyə naziri Fikrət Məmmədov olmaqla bütün ədliyyə əməkdaşlarını peşə günü münasibəti ilə təbrik edir və müvəfəqqiyətlər arzu edirik.
Müəllif: Arzu Qurbanzadə