Böyük Britaniyada koronavirusun "Omikron" ştammı ilin sonuna üstünlük təşkil edə bilər.
Diaspor info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Sacid Cavid parlamentdə çıxışı zamanı bildirib.
O dəqiqləşdirib ki, qeyd olunan ssenari virusun yayılma tempinin hazırkı səviyyədə qalacağı təqdirdə yaşana bilər.
"Sağlamlığın təhlükəsizləiyi üzrə agentlik (UKHSA) həmçinin hesab edir ki, hazırki yoluxma tempi, yəni hər 2-3 gün ərzində xəstə sayında ikiqat artım, qalacağı təqdirdə, ayın sonuna qədər yoluxanların sayı bir milyonu keçə bilər", - deyə Cavid vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, hazırki şəraitdən əminliklə "omikron"un "delta" ştammından daha yoluxucu olduğunu demək olar.
135