İqtisadiyyat Nazirliyi tərəfindən Ağdam Sənaye Parkının meşə zolağında günəş enerjisi ilə qidalanan damcılama suvarma sistemi quraşdırılıb.
Diaspor info-xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov öz rəsmi tvitter hesabında yazıb.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu innovativ sistemin quraşdırılması “Ağıllı şəhər” konsepsiyasının vacib elementlərindən biridir.
135