• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Şuşa hər daşında, qayasında əcdadlarımızın ruhunu yaşadır“

16-01-2022, 21:00 | Baxılıb: 59
““Şuşa hər daşında, qayasında əcdadlarımızın ruhunu yaşadır“

Şuşa hər daşında, qayasında əcdadlarımızın ruhunu yaşadır. Təməli 1752 ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan mədəniyyətinə, incəsənətinə dahi şəxsiyyətlər bəxş etmişdir. Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.




“Şuşa hər daşında, qayasında əcdadlarımızın ruhunu yaşadır“


Onun sözlərinə görə, 28 ildən çox erməni işğalında qalmasına baxmayaraq Şuşa öz əzəmətini, vüqarını itirmədi. Şuşa təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın mədəniyyət beşiyi - konservatoriyası olub.

Ermənilər işğal dövründə Şuşanın adını dəyişmək istədilər. Lakin Şuşa bu ləkəni götürmədi. Şəhərdəki dini, tarixi abidələrimizi dağıtdılar. Ancaq Şuşanın ruhunu sındıra bilmədilər. Çünki Şuşa hər daşında, qayasında əcdadlarımızın ruhunu yaşadırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycandakı ilk hakimiyyəti dövründə Şuşa daha da inkişaf etdirildi. Tarixi, dini abidələrimiz bərpa edildi. Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Molla Pənah Vaqifin əzəmətli məqbərəsini tikdirdi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın Cıdır düzündə yallı oynayan erməniləri diz çökdürdü, Müzəffər Ordumuzun əsgərləri ordularını darmadağın etdi. Artıq Şuşanın əsl sahibləri qayıdıb. Qarabağı, ümumiyyətlə Azərbaycanı Şuşasız təsəvvür etmək mümkün deyil. İşğaldan azad edildikdən sonra prezident cənab İlham Əliyev 7 dəfə Şuşa şəhərinə səfər etmişdi. Bu səfərlər zamanı ölkə başçımız Şuşada çox sayda tarixi, dini abidələrimizin, yeni sosial obyektlərin bərpadan sonra açılışını etdi. Bir çox məktəb, xəstəxana və yaşayış evlərinin təməl daşını qoydu. Bu gün Şuşa qədim koloritliyini saxlamaqla, müasir və möhtəşəm bir şəhərə çevrilməkdədir. Yaxın vaxtlarda Şuşa təkcə regionda deyil, dünyada ən gözəl şəhərə çevriləcəkdir. Müharibə bitdikdən sonra cənab İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Ölkə başçımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbriki və müraciətində 2022 ci ili "Şuşa ili" elan etdi və bununla bağlı Sərəncam imzaladı. 2022 ci ildə Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Bu il Şuşada böyük musiqi festivalı keçiriləcək. Xarici qonaqların iştirakı ilə böyük tədbirlər təşkil olunacağı gözlənilir. Bütün dünya bu ecazkar və müqəddəs şəhərin əsl sahiblərinin azərbaycanlılar olduğunun şahidi olacaqlar.

Müəllif: Səbinə Hüseynliскачать dle 10.6фильмы бесплатно


59

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.