Məşhur Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev haqqında serialın hazırlıq mərhələsi davam edir.
Diaspor info-xəbər verir ki, səkkiz seriyadan ibarət film Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və digər bir neçə qurumun iştirakı ilə istehsal olunacaq.
Xatırladaq ki, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Böyük xeyriyyəçinin 200 illiyi ölkəmizin təşəbbüsü ilə UNESCO-nun 2023-cü il üçün yubileylər proqramına da salınıb. Tağıyev haqqında serialın da o tarixdə hazır olması nəzərdə tutulur.
239