Azərbaycan Respublikaçılar Partiyası ölkəmizdə qeyd olunan 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Bəyanat verib. araz.az xəbər portalı həmin Bəyanatı olduğu kimi dərc edir:
"Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin yanvar ayının 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, paytaxt Bakının küçə və meydanlarına çıxaraq, buna öz kəskin və qəti etirazlarını bildirən geniş xalq kütlələrinə qarşı, Sovet Ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əzmkarlığını, əyilməzliyini, məğrurluğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycanda baş qaldırmış Milli Azadlıq Hərəkatını boğmaq məqsədilə Bakıya 66,5 min nəfərlik ordu yeridildi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi bu vəhşi əməliyyatların kodlaşdırılmış adı “Udar” idi. Bu mənfur ad altında da, Sovet Ordusu Azərbaycana qarşı nifrətəlayiq hərbi əməlliyatlara başladı. Əməliyyatlarda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “A” qrupları oynadı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə, qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Məhz bunun nəticəsində, uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Partiya olaraq, həmişə, gerçək bir terror, soyqırımı və vandalizm olan bu hadisəni, tariximizin qanla yazılan şərəf səhifəsi adlandırmışıq. Çünki 20 Yanvar faciəsi erməni daşnakları tərəfindən əhatə olunmuş Qorbaçov klanının Alma-Ata və Fərqanə faciələri, Axıska türklərinin deportasiyası adlı antitürk ssenarisi zəncirində növbəti həlqə demək idi. Bu gün bütün dünyanın terrorizmlə mübarizə apardığı bir vaxtda, bunu xüsusi vurğulayırıq ki, 20 Yanvar XX əsr tarixindəki ən müdhiş və ən irimiqyaslı terror aktıdır. Bolşevik-daşnak cütlüyünün 1918-ci ildə Bakıda, Şamaxıda, Zəngəzurda, Naxçıvanda, Qubada və daha neçə-neçə şəhər və kəndimizdə törətdiyi azərbaycanlı genosidi 1990-cı ildə təkrarlandı. Hər iki halda məsələ Azərbaycanın müstəqil dövlət olması ideyasının aktuallaşması və bu ideyanın həyata keçirilmə ərəfəsində olması amili ilə sıx bağlı idi.
Doğrudan da, onda, Moskva Azərbaycanın dövlət müstəqilliyi ideyası ilə heç cürə barışmaq, bu ideyanı hətta müzakirə belə etmək istəmirdi. 20 Yanvar hadisələri Azərbaycanın qorxudulması üçün düşünülmüşdü. Bundan heç bir nəticə alınmadı. 20 Yanvar hadisələri azərbaycanlıların əzmini və azadlıq istəyini qıra və öldürə bilmədi. Heç bilməzdi də. Çünki təsir həmişə əks təsirə bərabər olur. 20 Yanvar faciəsi biz azərbaycanlıları bir yerə cəmlədi, bizi toparladı. 50 milyonluq böyük bir xalq olduğumuzu ilk dəfə məhz həmin faciədən sonra anladıq. 20 Yanvar faciəsi Azərbaycanın dünyadakı tərəfdarlarının sayını artırdı, bizə rəğbəti olanların sıraları genişləndi. Həmin günlərdə bəşəriyyətin vicdanlı hissəsi Azərbaycanın tərəfində idi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların və türk kökənli milyonlarla insanların təşəbbüsü ilə keçirilən etiraz və həmrəylik aksiyaları az əhəmiyyətli deyildi.
20 Yanvar faciəsi bəşər tarixinə insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biri kimi daxil olub. Öz azadlığı və Konstitusiya hüquqlarının təmin olunması uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar Sovet İmperiyasının cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirib. İndi, üstündən illər keçsə də həmin faciəli günləri həyəcansız xatırlamaq olmur.
Bir daha deyirik, bu faciə gerçək bir terror, soyqırımı, vandalizm idi və bütöv bir xalqın azadlıq istəyini məhv etməyə, onun iradəsini qırmağa yönəldilmişdi. O vaxt heç kəs inanmırdı ki, Bakıya qoşun yeridiləcək, dinc əhaliyə qanlı divan tutulacaq. Yaxınlaşmaqda olan faciənin qarşısını almaq isə, ilk növbədə, respublikanın o vaxtkı rəhbərlərinin üzərinə düşürdü. Ancaq imperiyaya qulluq göstərən və mərkəzdəki ağalarının dediyi ilə oturub-duran, xalqına xəyanət edən bu rəhbərlər öz kreslolarını saxlamaq xatirinə belə bir ağır cinayətə qol qoydular.
Bu dəhşətli faciə təkcə Bakıda deyil, ölkənin hər yerinə ağrılar gətirirdi. Gəncədə, Sumqayıtd-
Azərbaycan Respublikaçılar Partiyasının 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı BƏYANATI
Bölüm: GÜNDƏM
Nəşr edilib 20.01.2022 14:47
IMG 20220120 WA0002Azərbaycan Respublikaçılar Partiyası ölkəmizdə qeyd olunan 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Bəyanat verib. araz.az xəbər portalı həmin Bəyanatı olduğu kimi dərc edir:

Bu dəhşətli faciə təkcə Bakıda deyil, ölkənin hər yerinə ağrılar gətirirdi. Gəncədə, Sumqayıtda, Cəlilabadda, Qusarda, Qubada... baş verənlər deyilənlərin sübutudur.
O vaxt Moskvada yaşayan Azərbaycanın qeyrətli oğlu Heydər Əliyev, xalqımızın başına gətirilən faciədən xəbər tutan kimi, yanvarın 21-də Azərbaycan nümayəndəliyinə gəldi, heç nədən çəkinməyərək cinayətkarları ifşa edən kəskin Bəyanatla çıxış etdi. Bununla da, Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. O vaxt, ilk dəfə olaraq, bu hadisələrin təşkilatçıları və bilavasitə icraçıları olan M. Qorbaçov, Ə. Vəzirov, A. Mütəllibov və başqalarının cəzalandırılması tələbi qoyuldu.
20 Yanvar Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və milli suverenliyi uğrunda xalqımızın şəhidliyə hazır olmaq ruhunun, qəhrəmanlığnın və iradəsinin rəmzinə çevrildi. Çünki qan yaddaşımıza həkk olunmuş bu qanlı faciə xalqımızın nəinki milli qürurunu və iradəsini sarsıda bilmədi, əksinə, onun mənəvi gücünü bir daha dünyaya nümayiş etdirdi. Faciənin baş verdiyi tarixdən bu günə kimi hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilir.
Bəli, 1990-cı ilin yanvar ayının 19-da, gecə saat 12-də ən müasir silahlarla silah-lanmış ordu Bakıya daxil olub, yalın əllə torpağını müdafiə etmək istəyən oğullarımızı, qızlarımızı qana bələdi. Yüz əlli ilə yaxın bir müddətdə torpağımızdan sorub apardığı qızıl neftlə bərabər, qızıl qanımızı da tökdülər.
O qanlı şənbə gecəsi Azərbaycan xalqı min illik qəhrəmanlıq tarixini dünyaya yenidən göstərərək, öz varlığını bir daha sübut etdi ki, azadlığı yolunda ölümə belə hər zaman hazırdır: Ölümə hazır olmayan millət isə, məhvə məhkumdur -- azadlığını qazana bilməz!
Elə, çoxdan arzusunda olduğumuz azadlığımıza gedən yolda bütün maneələri və çətinlikləri qanları və canları bahasına dəf edərək, bizə əbədi bəxş etmiş 20 Yanvar şəhidləri bizə ona görə həmişə əzizdirlər. Məhz buna görə, Azərbaycan Respublikaçılar Partiyasının çoxsaylı üzvləri olaraq, onların unudulmaz adlarının əzəməti qarşısında bir daha baş əyir, "Ruhunuz şad olsun, ölməz Vətən övladları!" -- deyirik!".