Yeni gerçəkliklər artıq rəsmi Bakının beynəlxalq partnyorları tərəfindən – BMT-də, Qoşulmama hərəkatında, ATƏT-də, Avropa İttifaqında və MDB-də qəbul olunur
Prezident İlham Əliyevin ölkə KİV-lərinə müsahibəsi və müsahibədə səsləndirdiyi fikirləri həm daxili, həm də xarici siyasətin həyata keçirilməsi yönündə bir sıra əhəmiyyətli nəticələri hasil etməkdədir. Xüsusilə, müharibəsonrası vəziyyətdə regional situasiyanın yeni mərhələyə keçidi özündə mühüm məqamları ehtiva edir.
Belə ki, müsahibədə Qarabağ regionunun bərpası da daxil olmaqla çoxsaylı məsələlərə toxunulub, eləcə də müharibədən sonra Ermənistanla münasibətlərdəki xarici siyasət prioritetləri müəyyən edilib, habelə daxili siyasətə aid olan ehergetika, sosial siyasət, ərzaq təhlükəsizliyi, eyni zamanda, partnyorlarla iş birliyi və s. kimi amillər qabardılıb.
İlham Əliyev vurğuladı ki, müharibədən sonra cərəyan edən reallıqlara beynəlxalq ictimaiyyətin reaksiyası müsbət qiymətləndirilib və bu, ilk növbədə, Azərbaycanın həmin istiqamətdə apardığı çətin, gərgin işlərin nəticəsidir
Lakin ən diqqətçəkici faktor məhz 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycanın regiona təqdim etdiyi yeni reallıqlardan ibarətdir.
İlham Əliyev vurğuladı ki, müharibədən sonra cərəyan edən reallıqlara beynəlxalq ictimaiyyətin reaksiyası müsbət qiymətləndirilib və bu, ilk növbədə, Azərbaycanın həmin istiqamətdə apardığı çətin, gərgin işlərin nəticəsidir.
O da əbəs deyil ki, Prezident ATƏT-in Minsk qrupunun müharibə ilə bağlı ilk bəyanatlarını qeyri-işlək vəziyyətə düşən bu qurumun reallıqdan kənarda qalması ilə əlaqələndirdi. Lakin onu da qeyd etmək mümkündür ki, Azərbaycanın nümayiş etdirdiyi prinsipiallıq Minsk qrupunun yeni reallıqlara tərəf baxışlarını, yanaşmalarını dəyişməyə məcbur etdi: onların 10 noyabr 2020-ci ildə qəbul edilmiş üçtərəfli bəyanata istinadları da belə deməyə əsas verir.
Dövlətimizin başçısı bu mövzuda danışarkən xüsusilə vurğulayıb ki, reallıq artıq dominantlıq edir və Azərbaycan da elə ölkələrdən deyil ki, onun maraqlarını əks tərəfə doğru inkar etmək mümkün olsun. Bununla yanaşı, Prezident onu da əlavə etdi ki, Bakı heç vaxt öz uğurlarını izafiləşdirməyib və əldə edilən uğurlar bilavasitə ağır zəhmətlər hesabına qazanılın, o cümlədən, BMT və Helsinki yekun qanunvericilik Nizamnaməsi çərçivəsində, konstitusion hüquqlara əsaslanaraq əldə olunub. Nəticədə yeni gerçəkliklər artıq rəsmi Bakının beynəlxalq partnyorları tərəfindən – BMT-də, Qoşulmama hərəkatında, ATƏT-də, Avropa İttifaqında və MDB-də qəbul olunur.
Ölkəmizin başçısı tövsiyə etdi ki, bundan sonrakı müddətdə ATƏT-in Minsk qrupu artıq özü üçün yeni gündəm müəyyən etməlidir
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin bildirib ki, bir çox beynəlxalq strukturların rəhbərlikləri və dövlət başçıları ilə kontaktlarda olarkən o daha böyük dəstəyi görməkdədir. Artıq bir çoxları etiraf edirlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı mübarizəsində haqlıdır. İnamlı qələbə isə bu etirafların edilməsini asanlaşdırdı və dəstəklərin vacibliyini göstərdi.Bu xüsusda ATƏT-in Minsk qrupunun roluna toxunan İlham Əliyev qurumun münaqişə dövrünü əhatə edən 30 illik zaman kəsimində hər hansı uğura imza ata bilmədiyini vurğuladı ki, məhz Misnk qrupu müharibəsonrası reallıqların təqdim etdiyi faktları birbaşa qəbul etməlidir. Belə ki, Azərbaycan özü münaqişəni həll etdi ki, Misnk qrupu 30 il boyunca ona edilən etibarı ya doğrulda bilmədi, ya da bunu istəmədi. Ölkəmizin başçısı tövsiyə etdi ki, bundan sonrakı müddətdə ATƏT-in Minsk qrupu artıq özü üçün yeni gündəm müəyyən etməlidir ki, həmin gündəmdə “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusu artıq olmamalıdır.
Azərbaycanın Qoşulmama hərəkatına sədriliyi bu qurumun dünya siyasətindəki əhəmiyyətli yerini və rolunu kifayət qədər artırıb
Azərbaycanın regional və beynəlxalq statusundakı nöhkəmləndirmə siyasəti barədə də danışan İlham Əliyev energetika, nəqliyyat və humanitar sahədə təşəbbüslərdən bəhs edib ki, bütün bunların fonunda Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərləri, dayanıqlı inkişafı və yüksəlişi barədə də önəmli amillərə toxunulub.
Qoşulmama hərəkatına sədrlik etməsi isə Azərbaycanın qlobal təşəbbüslərinə və gələcək statusunun irəliləməsinə geniş şərait yaradır. Əbəs deyil ki, Azərbaycanın bu quruma sədrliyi (2019-2023-cü illər) altında Qoşulmama hərəkatının dünya siyasətindəki əhəmiyyətli yeri və rolu kifayət qədər artıb. Xüsusilə, “vaksin millətçiliyi” yaxud vaksinlərin ədalətsiz bölgüsü məsələsində haqlı iradlar öz nəticələrini verdi. Xüsusilə vurğulamaq olar ki, koronavirus pandemiyası müddətində Bakı dünyanın 80-dən çox ölkəsinə müxtəlif cür yardımlar göstərdi. Artıq belə bir nəticəyə də gəlmək mümkündür ki, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi vaksinlərin əlçatanlığına, ədalətli bölgüsünə geniş imklanlar yaratdı.
Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra yalnız Cənubi Qafqazda deyil, həm də dünyanın siyasi arenasında əməkdaşlıq prinsiplərinin modernləşməsi üslubu yarandı
Məhz Azərbaycan Prezidentinin bu təşəbbüsləri sayəsində BMT-nin COVİD-19 ilə mübarizəsinə həsr edilmiş 31-ci xüsusi sessiyası çağırıldı, mühüm qərarlar qəbul edildi və hazırda sözügedən istiqamətdə əldə edilən uğurların hər birinin təməlində İlham Əliyevin imzası dayanmaqdadır.
Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra yalnız Cənubi Qafqazda deyil, həm də dünyanın siyasi arenasında əməkdaşlıq prinsiplərinin modernləşməsi üslubu yarandı. Və beləliklə, qeyd edilən faktorların hər biri, daha dəqiq desək, regional tranformasiya gerçəkliyi Azərbauyanın beynəlxalq arenadakı yerini və rolunu daha da möhkəmləndirir, həmçinin Bakının dünyanın mərkəzi rolundakı fəaliyyət prinsiplərinə daha geniş imkanlar yaradır.
Rövşən RƏSULOV