Ararat Mirzoyan: “Azərbaycanın qərarlarını gözləyirik”
“Göndərdiyimiz yazılı təkliflərin hansı hissəsinin Azərbaycan tərəfi üçün qəbuledilməz olduğunu öyrənməyə çalışırıq”. Diaspor info-xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni KİV-lərinə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələlik, dəqiqləşdirmələr yoxdur, lakin bu istiqamət üzərində işlər aparılır, həmçinin, müzakirələr davam edir. Ermənistanın XİN başçısı qeyd edib ki, göndərilən təkliflər yeni həll yolunun tapılmasına söykənir və onun nə qədər mümkün ola biləcəyi araşdırılır.
Xatırladaq ki, yanvarın 19-da Ermənistanda keçirilən parlament iclasında Ararat Mirzoyan bildirmişdi ki, Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün Azərbaycan və Rusiya ilə təklifləri müzakirə etməyə hazırdır. Bu baxımdan, onlar Rusiyanın vasitəçiliyi ilə Azərbaycana yazılı təkliflər göndəriblər.
Rövşən RƏSULOV