"Cənab Prezident İlham Əliyev həm xarici media qurumlarına, həm ölkə mediasına vaxtaşırı müsahibələr verir. Həmin müsahibələrdə konkret Azərbaycanın həm beynəlxalq münasibətlər sistemində yeri, həm dünyada, həm ölkədə gedən proseslərlə bağlı xüsusi məsələlərə toxunur". Bu sözləri Diaspor info-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, cənab Prezident dünya şöhrətli siyasətçidir: "Prezident keçən dövr ərzində fəaliyyəti ilə sübut edib ki, o çox müdrik, uzaqgörən, qətiyyətli, cəsarətli, Azərbaycanın milli maraqlarına uyğun fəaliyyət göstərən siyasətçidir. Cənab Prezident həmçinin Zəfər tariximizin sərkərdəsidir. Prezident Qarabağ məsələsini həll etməklə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə mahir sərkərdə olduğunu bir daha sübut etdi.
Bu gün cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya ölkələri tərəfindən qəbul edildi. Azərbaycan artıq regionda bəzi dövlətlər kimi əməkdaşlıq məkanına çevrilib. Bakı artıq sivilizasiyalararası, mədəniyyətlərarası bir mərkəz kimi qəbul edilir. Cənab Prezidentin hər müsahibəsi həm də praktiki bir dərsdir. Dövlət başçısının konkret və açıq fikirləri, hədəfləri bildirməsi, problemlərin həlli yollarını göstərməsi və verdiyi proqnozların hər birinin doğru çıxması ümumilikdə bu proseslərdə Azərbaycanın aparıcı mövqeyinin ortaya qoymasının göstəricisidir. Cənab Prezidentin sonuncu müsahibəsi bir daha onu göstərdi ki, ölkə rəhbəri prosesləri idarə edir, Azərbaycanın milli maraqlarına uyğun olaraq həyata keçirdir. Dövlət başçısının ilk növbədə qarşıya qoyduğu məsələ Qarabağın bərpasıdır. Düşünürəm ki, yaxın illərdə də Qarabağ cənnət məkanına çevriləcək".
Arzu Qurbanzadə
119