İSMAYILLI RAYONUNDA PANDEMİYA QANUNLARI İŞLƏMƏYƏ BAŞLADI.
İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAHİD BAĞIROVA, SAYTIMIZDA GETMİŞ ƏSASLI FAKTLARA DƏRHAL
REAKSİYA VERDİYİNƏ GÖRƏ, DİASPOR İNFO OLARAQ, TƏŞƏKKÜR EDİRİK.
Diaspor.info saytının əməkdaşları İsmayıllı rayonunda olarkən bir sıra neqativ hallarla bağlı, foto və video çəkilişlər etmişdilər. Rayon sakinlərindən aldığımız məlumata görə saytımızda gedən matrealların əsaslı olduğunu nəzərə alan İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov xüsusi tapşırıqla problemlərin bir çoxunu elə yerindəcə həll edib. Ən əsası ismayıllıların dediyinə görə tibbi masqadan istifadənin üzərində durulur. İş o yerə çatıb ki, açıq havada belə insanlardan tibbi masqadan istifadə tələb olunur. Hər halda bütün bunlar işin xeyrinədir, çünki respublikamızdakı bu günkü vəziyyət heç də ürəkaçan deyildir. Belə ki, yoluxma sayı yeddi mini ötdüyünə görə maksimum qorunma olsa daha yaxşıdır. Tanıdığım ismayıllılardan biri deyir ki, hətta, otaqda tək otursaq belə tibbi masqadan istifadə edirik. Buna çox sevindik. Diaspor.info saytı olaraq, məqsədimiz hər hansı bir problemi ortaya çıxararaq, həllinə nail olmaq olub ki, buna da, nail olduq.
Təkcə bir məsələ qaldı, Yol istismar idarəsinin rəhbəri Rəşad Kərimov və RMX-nin rəhbəri də, yazılanlardan nəticə çıxarsaydı, çox yaxşı olardı.
Əlmaniz Ələkbərov
Baş redaktor.