"Hesab edirəm ki, Azərbaycan-Türkiyə əməkdaşlığı artıq yeni mərhələ qədəm qoyur". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə iki ölkə arasında bütün sahələr üzrə çox sıx əməkdaşlıq var idi: "Biz növbəti addımlarla əlaqələrimizi daha da gücləndiririk. Artıq qardaş Türkiyə ilə əlaqələrimiz müttəfiqlik müstəvisindədir. Azərbaycan-Türkiyə münasibətləri artıq yeni mərhələyə qədəm qoyur. Hazırda bölgədə baş verən proseslər, hadisələr iki ölkə arasında olan əməkdaşlığın əhəmiyyətli və vacib olduğunu bir daha göstərir. Qarşımızda duran əsas məqsədlərdən biri də Azərbaycan-Türkiyə münasibətlərinin daha da gücləndirilməsidir. Bu baxımdan da Şuşa bəyannaməsinin imzalanması iki ölkənin təhlükəsizliyinin təmin olunmasına öz ciddi töhfəsini verəcək. Əgər, Azərbaycan hər hansı bir təhdidlə üzləşərsə, Türkiyə Azərbaycanın yanında, əgər, Türkiyə hər hansı bir təhdidlə üzləşərsə, Azərbaycan Türkiyənin yanında olacaq. Bununla da biz iki qardaş ölkə arasındakı münasibətlərin daha da gücləndiyinin şahidi olacağıq".
Arzu Qurbanzadə
110