BALAKƏNDƏN SUQOVUŞANADƏK KEÇƏN DÖYÜŞ YOLU.
44-günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rolu çox böyükdür. Cənab Prezident Bizə ruh verirdi, onun çıxışları bizi daha da, cəsarətləndirirdi. Odur ki, Cənab Prezidentimizə də, ayrıca minnətdaram.
SƏXAVƏT OSMANOV
Diaspor.info saytı Şəhid ailələri, qazi və döyüşçülərlə müsahibələrini davam etdirir. Bu günkü müsahibimiz Balakən rayon sakini Osmanov Səxavət Şahruddin oğludur. 1993-cü il 09.09 – da, Püştətala sovetliyinin Qaravəlli kəndində dünyaya göz açan qəhrəman əsgərimiz “İkinci Qarabağ“ müharibəsi, “Vətən” müharibəsi başlayan kimi döyüşə gedənlərdəndir.
Balakəndən 29 sentyabr 2021-ciildə səfərbər edilən əsgər ilk döyüşlərini Tapqaraqoyunludabaşlayıb. Zəfərlə başa çatan döyüş yolunu Suqovuşanın alınması ilə bitirən müsahibimiz kamera önündə təvazökarlıq etsə də, kamera arxasında rahat söhbət etdi: ”Mən 29 sentyabrda döyüşlərə qatıldım, hərbi texnikanı sürürdüm Əslində bu iş müddətdən artıq hərbi xidmət edənlərə aid olsa da, mən həqiqi-hərbi xidmət etdiyim zamanlar da, sürücü olduğuma görə mənə hərbi texnikanı həvalə etdilər. “6 dekabr 2021 –ci ilə kimi aktiv döyüşlərdə oldum və görünür qismətimdə sağ-salamat geri dönmək də, var idi. Bizim çox cəsur döyüşçülərimiz var, ermənilər bizim əsgərin səsindən belə qorxurdular. Bilirsinizmi, onların bir amalı var idi, sağ qalmaq, odur ki, çox vaxtı onlar mübarizədə məğlub olaraq, geriyə qaçırdılar.
Qaçırdılar ki, sağ qalsınlar, bizim əsgər isə, yalnız irəli gedirdi. Bir əsgərimiz Şəhid olurdusa, min dirilirdik. Bax bu ermənini vahiməyə saldı, onlar gördülər ki, biz döyüş zamanı, Şəhid olanlar, yaralanları döyüş meydanında qoyub getmirik. Hökmən döyüşdən çıxarır və yenidən irəliyə gedirik. Bütün bunlar erməni zabit və əsgərlərini qorxudurdu. Mənimlə gedən bir çox yoldaşlarım Şəhidlik zirvəsinə ucaldılar, qazi olanlar da, az deyildir. Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Vətən bizim anamızdır, biz ona həmişə borcluyuq. Nə vaxt Vətən darda olarsa, mən yenə də, onun müdafiəsinə getməyə hazıram.
44-günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rolu çox böyükdür. Cənab Prezident Bizə ruh verirdi, onun çıxışları bizi daha da, cəsarətləndirirdi. Odur ki, Cənab Prezidentimizə də, ayrıca minnətdaram.”
ƏLMANİZ ƏLƏKBƏRLİ
BAŞ REDAKTOR.