VƏTƏN MÜHARİBƏSİNİN ZAQATALALI ŞƏHİDİ RƏSUL SÜLEYMANLI QÜRUR YERİMİZDİR.
Azərbaycan xalqı otuz il idi ki, mənfur qonşuları tərəfindən işğala məruz qalmışdı. Təməli aprel döyüşlərində qoyulan, qələbə sevincini yaşamaq, xalqımıza 2020-ci ildə nəsib oldu. Belə ki, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” rəşadətli Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşdı.
44 günlük Zəfər tariximizdə şəhid Rəsul Süleymanlının da, xidmətləri danılmazdır. Zaqatala şəhər sakini Rəsul Süleymanlı səkkiz ayın əsgəri olmasına baxmayaraq, 27 sentyabrda Tərtər istiqamətində gedən aktiv döyüşlərdə Snayperçi kimi iştirak edib.
Şəhidimizi yaxından tanıyaq: “Süleymanlı Rəsul Kamil oğlu 19 yanvar 2002 –ci ildə Zaqatala şəhərində dünyaya göz açıb. Ailədə özündən başqa iki bacısı və bir qardaşı var.
2008-ci ildə Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında təhsil almağa başlayıb. Ailəsinə kömək etmək məqsədi ilə, doqquzuncu sinifi bitirdikdən sonra məktəbdən ayrılıb. İlk vaxtlarda ticarətlə məşğul olub, müxtəlif obyektlərdə işləyib. İstiqanlı, gülərüz olması ilə həmişə seçilib, özünə hörmət qazanıb. Aprel şəhidi olan xalası oğlu Sərxan Bayramovla da, dost olublar.
27 yanvar 2020-ci ildə həqiqi-hərbi xidmətə gedib.
Hərbi xidməti zamanı snayperçi kimi öz dəsti-xətti olub. Son dəfə 27 sentyabr 06-30 da, evlərinə zəng edib, anasına özünə yaxşı bax deyib və vidalaşıb. Həmin günü də, şəhid olub.”
Rəsul çox cəsur, qorxmaz, diribaş uşaq olub. Hamının sevimlisi idi, onu daha çox mehriban olması, gülərüz biri kimi tanıyırdılar. Təsadüfi deyil ki, onun haqqında “Ölümün üzünə də, gülə-gülə getdi” deyirlər. İdmana çox böyük həvəsi olub. Laçın uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ali baş komandan, Prezident İlham Əliyevin 15-12-2020-ci ildə imzaladığı sərəncamına görə Rəsul Süleymanlı “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan əlavə 29-12-2020-ci ildə Prezident
İlham Əliyevin imzaladığı sərəncama görə “Laçının azad olunmasına görə “ medalı ilə və Suqovuşanın medalı ilə də, təltif edilib.
Bəli, illər ötəcək Rəsul kimi qəhrəman oğullarımız iki yüz il qələbə sevinci yaşamayan bir xalqına qələbə sevinci yaşatdığına görə böyük ehtiramla yad ediləcəkdir. Onların haqqında filmlər çəkiləcək, adları müasir Azərbaycan tarixinə salınacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü
624