YUNUS ALIYEV AZƏRBAYCANLILARIN SOYQIRIMA MƏRUZ QALMASINI DÜNYAYA LAYİQİNCƏ ÇATDIRANLAR ARASINDADIR.
31 mart qanlı tariximiz olan, Azərbaycanlıların soyqırım günüdür.
Xalqımıza qarşı iki əsr davam edən soyqırım, xain qonşularımız tərəfindən düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.
Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişdilər.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. 1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur.
Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. lrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
Tarix boyu xalqımıza qarşı edilən bu soyqırımlarının təkrarlanmasının bir səbəbi də, Azərbaycanın dünyaya zəif səs salması olub. Bəzən də, eşitmək istəməyən iri
dövlətlər gah dinlərinə görə, gah da, rahat alət ola bildikləri üçün erməniləri müdafiə ediblər. Ancaq bu gün 21-ci əsrdir, elm-texnika əsridir, Azərbaycan diaspora təşkilatları yaşadıqları ölkədə bunun təbliğatı ilə çox ciddi məşğul olurlar. Belə diaspora sədrlərindən biri də, Nikolayev Azərbaycanlılarının ağsaqqalı Yunus Alıyevdir.
Yunus alıyevin vətənpərvərliyini bir cümlə ilə izah etmək olar, ona məxsus bakıdakı evini 100 min abş dollarına sataraq, Ukraynanın Nikolayev şəhərində memorial abidə kompleksi yaradıb. Bu abidə kompleksi 416-cı Taqanrok diviziyasının şərəfinə ucaldılıb.
Yunus müəllim “416-cı Taqanrok Diviziyasına” qoydurduğu abidə kompleksi yüksək keyfiyyətli mərmərdəndir. O, Azərbaycanlıların Ukrayna, Moldova və Belarusda göstərdiyi şücaətini özündə əks etdirən Döyüş yolu lövhəsini elə yaradıb ki, buranı ziyarət edən bütün qonaqları valeh edir. Hətta Böyük Vətən müharibəsi iştirakçıları buranı ziyarət edərkən göz yaşlarını saxlaya bilməyiblər. Hər il 9 may qələbə günündə Nikalayevdə havaya qırıcı təyyarələr qaldıran, Azərbaycanlıların qəhrəmanlığını, Ukrayna xalqını Alman faşistlərindən məhz Azərbaycanlıların xilas etməsini bütün dünyaya nümayiş etdirən Yunus Alıyev təkcə bununla kifayətlənmir. Onun gördüyü işləri sadalamaqla bitmir.
Hətta soydaşlarımızın belə ona mane olmasına baxmayaraq “Xocalı “ soyqırımı ərəfəsində Nikalayev şəhəri başdan-ayağa erməni cəlladlarının fəhşiliyini özündə əks etdirən reklam tablolarıyla bəzədilir.
416-cı Taqanrok diviziyasının şərəfinə qoyulmuş memarial abidə kompleksinin tanıtım lövhələri isə, özlüyündə Azərbaycan xalqının ayrıca bir reklamıdır. Belə ki, lövhədə qarşıda Azərbaycanlıların qəhrəmanlığını əks etdriən memarial kompleks sözünün yazılması, həm də Kiyev magistral yolunun üstündə, bu o deməkdir ki, hər gün minlərlə əcnəbi Azərbaycan sözünü oxuyur. Bax bu xalqımız üçün əvəzolunmaz bir təbliğatdır. Yaşının ahıl çağına baxmayaraq, Azərbaycan dövləti, dövlətçiliyinin qorunması üçün də, təbliğatından qalmır.
[center]
Bundan əlavə Yunus Alıyev soyqırımın təbliğ edilməsi naminə siyasi bir gediş edərək, iki ukraynalı jurnalisti Azərbaycana göndərdi. Və həmin jurnalistlər Quba kütləvi məzarlığında olaraq, öz gözləri ilə erməni vəhşiliyinin nəticələrini gördülər. Beynəlxalq jurnalistlər İqor Yermolayev və Vasili Raxubovski gördüklərindən dəhşətə gəldiklərini həm Azərbaycan mətbuatına, həm də, dünya mətbuatına çatdırdılar. Sonra İmena adlı siyasi jurnalda Azərbaycana həsr edilmiş 12 səhifədən ibarət yazı verdilər, həmin yazıların içərisində Azərbaycan xalqına qarşı edilən soyqırımdan da, geniş yazılar yazıldı. Yunus Alıyev yenə də, öz şəxsi vəsaiti ilə iki min ədəd jurnal çap etdirərək, dünyanın bir çox ölkələrində yaydı.
Xalqımızın başına gətirilən belə faciələri nə qədər çox yayarıqsa bir o qədər də, öz layiqli, hüquqi qiymətini alar və ermənilərin əsil üzünü bütün dünyaya göstərmiş olarıq.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.
481