Milli Məclis xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi ratifikasiya edib. Diaspor info-nun verdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu məlumat verib. O bildirib ki, Azərbaycan NATO-nun Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında dəfələrlə bu çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.