QƏDİROVLAR AİLƏSİ QARABAĞ ÜÇÜN İKİ ŞƏHİD VERİB.
İkinci Qarabağ savaşı Vətən müharibəsi başlayanda şəhid Qədirov Elvin əmisi Akif Qədirovun qisasını aldı.
Qədirov Coşqun Aqşin oğlu isə hazırda hərbi xidmət edir.
Birinci Qarabağ Müharibəsi başlayan zaman Azərbaycan yenicə müstəqilliyini əldə etdiyinə görə nizamlı ordusu yox idi.
Baxmayaraq ki, Azərbaycanın silah-sursatla yaxşı təchiz olunan ordusu yox idi, vətənpərvər gənclərimiz vətənin müdafiəsinə qalxmışdılar. Vətən torpağının bir qarışını belə yağı düşmənə təslim etməyən qəhrəman oğullarımız Qarabağımız üçün öz canlarından belə keçdilər. Birinci Qarabağ savaşı başlayan zaman Zaqatala oğlanları da, Vətənin müdafiəsinə ilk qalxanlardan oldular. Həmin dövrdə Zaqatala batalyonu da, yaradılmışdır. Zaqatalalıların çoxu bu batalyonda döyüşməyə daha çox üstünlük verirdilər.
Belə, qəhrəman oğullardan biri də, Zaqatala rayon Suvagil kənd sakini Akif Qədirovdur.
Şəhidimiz haqqında oxucularımıza geniş məlumat vermək istəyirik:
Qədirov Akif Qədir oğlu 1973-cü il iyun ayının 1-də Zaqatala rayonu Suvagil kəndində kolxozçu ailəsində anadan olub.
Hələ yeniyetmə yaşlarında halal zəhmətə alışıb. Orta məktəbi bitirdikdən sonra, kənd təsərrüfatının çətin sahələrindən olan qoyunçuluqda işləyib. Kolxozda işlədiyi dövrdə fərqləndiyinə görə, bir neçə dəfə fəxri fərmanlar alıb.1992-ci ilin martında ordu sıralarına çağırılıb. Mərdliklə vuruşub, həmin ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Şəhidin ailə üzvləri ilə görüşümüz oldu.
Akif haqqında anası İsmət xanımla xeyli danışdıq: 5 övladım vardı, 1 qiz 4 oğlan. Akif 3-cü idi. Akif hərbi xidmətə gedəndə əvvəlcə Sumqayıtda daxili qoşunlarda xidmətdə olub. Həmin vaxti Xüsusi Təyinatlıları Qrupları yeni yaranmışdı. Bir müddət sonra həmin hərbi hissəni köçürdülər Ağdama.
Mən oğlanlarımın hamısını eyni tərbiyə etmişdim. Akif oxumağı sevirdi. İdman İnstitutuna getmək istəyirdi. Bacısı Adilə oxuyur deyə o, Ali məktəbdə oxumağa getmədi. Dedi ki, əvvəlcə bacı oxuyub qurtarsın, mən isə əsgər gedib gələndən sonra oxuyacam.
Daha sonra şəhidimizin bacısı Adilə də, Akif haqqında danışdı: Akif hərbi xidmətdə olduğu zaman mənə bir məktub verdi, anamın ona yazdığı məktubu ilk gündən saxlayırdı. Qardaşşm anaya çox bağlı idi. Mən isə atama bağlı olmuşam. Çox qeyrətli uşaq idi. Kənddə kim ev tikirdisə Akif gedirdi evlərə və onlarda pulsuz işləyirdi, deyirdi ki, savabdı.
Hər ay şəhid atasına verilən pulu atam Qədir kişi tələbələrə verərdi. Biz sadəcə fəxr edirik ki, qardaşım şəhid olub. Ailəliklə xeyirxah olmuşuq.
Qardaşımla əsil dost olmuşuq. Mən oxumasaydım qardaşım ğoxuyacaqdı. Qardaşım deyirdi ki, mən erməniləri öldurməyə gedirəm, ona görə də, çox sevinirdi. Postlarda dayandiqları üçün məktub yaza bilmirdi. AMON deyilən hərbi hissədə qardaşım şəhid olub. Sonra məndə hərbi hospitalda tibb bacısı işlədim. Qardaşım haqqında hospitalda eşitdim ki, o, çox cəsur olub, həmişə irəli birinci gedərmiş. Ən yaxşı dost , qardaş necə olursa oda elə idi.
özünəxsus fikirləri var idi. Şəkil çəkdirməyi heç xoşlamırdı. Mən çox şəkil çəkdirərdim. Deyirdi ki, bacı ölsən bu şəkilləri hara yiğacağıq? Zarafat edərdi. Hospitala gedib əsil müharibənin nəticələrini görmüşəm. Qardaşım Aqşin öz ərizəsiylə Akifin qisasını almaq üçün əsgər getdi. Ancaq sərhəd xidətinə əsgər getmişdi.
Son 10 ildə Akifin atası Qədir kişi şəhid ailəsinə verilən pulu məktəb direktorundan siyahı götürüb ev-ev gəzib tələbələrə verirdi.
Əlmaniz ələkbərli
Baş Redaktor.