“Hər bir azərbaycanlı özünü Tacikistan dövlətinin dostu sayır. Mən də bu dostlardan biriyəm”. Diaspor info xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deputat Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə qeyd edib ki, ilk növbədə dostluğumuzu və özümüzü iki dost xalq və müttəfiq dövlət arasında uğurlu əlaqələr qurulması münasibətilə təbrik edirəm: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Tacikistan Respublikasında keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev doğru qeyd etdi ki, bizim dostluğumuz dərin tarixə söykənir. Biz bunu axtarıb tap bilmərik. Həmçinin, bizim mədəniyyət və tariximiz də oxşardır”.
Ayşən Vəli