“Bugünkü tədbirimiz Tacikistan səfirliyi ilə birgə keçirilir. Bu münasibətlə səfir Rüstəm Soliyə təşəkkürümü bildirirəm”. Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, Tacikistan və Azərbaycan 30 il bundan əvvəl diplomatik əlaqələr qurub: “Biz yaxşı bilirik ki, bizim əlaqələrimiz çox uzun zaman olub. Bura mədəni, ticarət, iqtisadiyyat və digər əlaqələr daxildir”.
Ayşən Vəli
173