Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Nursultan Nazarbayevin statusu konstitusiyada saxlanılacaq.
Nursultan Nazarbayevin müstəqil Qazaxıstanın qurucusu statusu konstitusiyada təsbit oluna bilər.
AZƏRTAC yerli KİV-ə əsasən xəbər verir ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin “müstəqil Qazaxıstanın qurucusu” norma statusu ölkənin yenilənmiş konstitusiyasında əksini tapacaq.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə konstitusiyaya düzəlişlər üzərində işləyən işçi qrupu bu qərara gəlib.
Qeyd edək ki, Qazaxıstanda "Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında" Konstitusiya Qanunu qüvvədədir.
167