Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə Diaspor info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi aprelin 26-dan 30-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
123