VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILAN QƏLƏBƏ ŞƏHİD ELMAN MƏHƏRRƏMOVUN DA, RUHUNU ŞAD EDİB.
Azərbaycan xalqı otuz il idi ki, mənfur qonşuları tərəfindən işğala məruz qalmışdı. Təməli aprel döyüşlərində qoyulan, qələbə sevincini yaşamaq, xalqımıza 2020-ci ildə nəsib oldu. Belə ki, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” rəşadətli Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşdı. 44 günlük Zəfər tariximizdə şəhid Məhərrəmov Elman İbrahim oğlunun qisası da, alındı, çünki bu gün Azərbaycanın ürəyi sayılan Şuşada, Qarabağımızda erməni cəlladları gəzmir. Müzəffər Azərbaycan əsgəri həmin torpaqlarımızı qoruyur.
Məhərrəmov Elman İbrahim oğlu 1971-ci il mayin 18-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. 1992-ci ildə Fərrux dağı ətrafında gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Sovet ordu sıralarında da, xidmət keçən Elman Məhərrəmov, Qarabağ döyüşlərində daha təcrübəli əsgər idi.
Şəhidimizin qardaşı Şahruddinlə Elman haqqında söhbətləşdik: biz ailədə 5 qardaş olmuşuq. Elman sonbeşiyimiz idi. Qardaşım Kənd Təsərrüfatı Texnikumunda oxuyub. O, dövrdə bütün gənclər Ana vətəni qorumaq üçün cəbhəyə can atırdılar, qardaşım Elman da, əyani oxumağına baxmayaraq, 2-ci kursda təhsilini yarımçıq qoyub cəbhəyə getdi. Elman nişanlı olmasına baxmayaraq, yenə də, öncə Vətən deyərək, müharibəyə getdi. Və 1992-ci ilin oktyabrın 16-da şəhid oldu.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.