“Bu gün bizim qarşımızda çox mühüm vəzifələr var. Bu vəzifələr Azərbaycan həqiqətlərinin təbliği və erməni vəhşiliyinin ifşasıdır”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan yüksək səviyyəli tədbirlər üçün ciddi addımlar atır: “Cənab Prezident ADA universitetindəki tədbirdə də bu məsələyə xüsusi olaraq toxundu. Bu gün qaçqın və köçkünlərin öz yurdlarına qayıtması üçün çox zəruri addım və tədbirlər həyata keçirilir”.
Deputat sözlərinə belə davam edib: “Bu onu söyləməyə əsas verir ki, bu gün Azərbaycan qarşısında duran vəzifələri uğurla yerinə yetirir. Dövlətin və cənab Prezidentin əsas hədəf və məqsədi tezliklə Qarabağı bərpa etmək, keçmiş qaçqınları doğma yurduna qaytarmaqdır. Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə tezliklə bunların hamısına nail olacaq”.
Ayşən Vəli
151